Tarix:20/11/12
Layihəyə daxil olan məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Agdaş şəhərlərində yerləşir. Ümumilikdə “Elektron məktəb” layihəsinə 39 təhsil müəssisəsi daxildir. 2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində yerləşən 20 məktəbdə kagız jurnallar tam olaraq istifadədən qaldırılmış və məktəblərdə yalnız elektron jurnallar tətbiq olunur. 12 məktəbdə isə müvəqqəti olaraq, elektron jurnallarla paralel kagız jurnallardan istifadə olunur.
Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara keçid 2011-2012-ci tədris ilində Avropa liseyi və Akademik Zərifə Əliyeva adına məktəb-liseydə tətbiq edilmişdir.
İdarədən verilən məlumata əsasən, elektron jurnallardan istifadə edən məktəblərin sırasına bu il əlavə olaraq, daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq ediləcəkdir.
RƏVAN
Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur
Hazırda Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib. Elektron jurnallardan istifadə edən məktəblər “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” layihəsinin iştirakçılarıdır.Layihəyə daxil olan məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Agdaş şəhərlərində yerləşir. Ümumilikdə “Elektron məktəb” layihəsinə 39 təhsil müəssisəsi daxildir. 2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində yerləşən 20 məktəbdə kagız jurnallar tam olaraq istifadədən qaldırılmış və məktəblərdə yalnız elektron jurnallar tətbiq olunur. 12 məktəbdə isə müvəqqəti olaraq, elektron jurnallarla paralel kagız jurnallardan istifadə olunur.
Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara keçid 2011-2012-ci tədris ilində Avropa liseyi və Akademik Zərifə Əliyeva adına məktəb-liseydə tətbiq edilmişdir.
İdarədən verilən məlumata əsasən, elektron jurnallardan istifadə edən məktəblərin sırasına bu il əlavə olaraq, daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq ediləcəkdir.
RƏVAN
Baxış sayı: 1454
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır