12px13px15px17px
Tarix:21/11/12

Ermənilər “Facebook”da Azərbaycan əleyhinə daha bir səhifə yaratdı

“Our Artsakh (!)-World and You (Bizim Arsax (!) – Dünya və sən) adlanan səhifəni yaradan ermənilər bu səhifəylə öz çirkin niyyətlərini bir daha ortaya qoyublar. Səhifədə Azərbaycan əleyhinə statuslar, fotolar paylaşılıb.

Səhifədə, həmçinin Qarabağın müstəqil respublika olduğu və “Arsax” adlandırılması qeyd olunur. Bundan başqa, səhifədə azyaşlı bir uşaq guya ki, Qarabağın bayrağı hesab olunan bayrağı qaldırıb və iddia edib ki, Qarabağ Ermənistan torpağıdır.

Əslində, bu səhifəylə birlikdə mənfur düşmənlərimiz özlərini ifşa ediblər. Azyaşlı bir uşağı siyasətə qataraq öz çirkin niyyətlərini ortaya qoyan ermənilərin uşaqlardan istifadə etməyi heç də təəccüblü deyil. Ailələrində uşaq doğulan kimi onlara “azərbaycanlı və türk sənin düşmənindir” deyən ermənilər bu hərəkətləriylə bir daha öz xislətlərini ortaya qoymuş oldular.Ermənilərin açdığı səhifəni bu linkdən şikayət edə bilərsiniz: “https://www.facebook.com/ArtsakhWorld


RƏVAN




Baxış sayı: 1447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024