12px13px15px17px
Tarix:22/11/12

DTXK: “Ölkəmizə aid coğrafi adlar sistemləşdirilərək BMT-nin elektron bülletenində əks olunmalıdır”

Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) təşkilati rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Coğrafi adları üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin ekspertlər qrupunun 10-cu iclası və geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şuranın işçi qrupunun iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, həmin iclasda kartoqrafiya sahəsində coğrafi adların sistemləşdirilməsi, müasir standartlara cavab verən Elektron bülletenin hazırlanması, digər ölkələr tərəfindən hazırlanan xəritə və atlaslarda coğrafi adların düzgün əks etdirilməsi, normativ-texniki sənədlərin işlənilməsi və digər aktual məsələlər müzakirə olundu.

Komitədən qeyd edilib ki, coğrafi adlar üzrə BMT-nin ekspert qrupları regional təşkil olunur. Son nəticə olaraq hər bir ölkə üzrə coğrafi adlara aid məlumatlar BMT-də cəmləşir və həmin coğrafi adlar düzgün və standartlara cavab verən şəkildə istifadə olunur. Azərbaycan üçün bu sahədə coğrafi adların düzgün istifadəsi aktual məsələdir.

Bildiyiniz kimi, Ermənistan tərəfindən Azərbaycana aid coğrafi adlar təhrif olunur, dəyişdirilir və həmin təhrif olunmuş coğrafi adlar onlar tərəfindən tərtib olunmuş xəritə və atlaslarda əks etdirilir. Məhz bu səbəbdən ölkəmizə aid coğrafi adlar sistemləşdirilərək BMT-nin elektron bülletenində əks olunmalıdır ki, onların istifadəsi bütün ölkələr üçün məcburi olsun. Azərbaycanı bu ekspert qrupunun tərkibində DTXK-nın təcrübəli mütəxəssisləri təmsil edirdilər.

Qeyd edək ki, BMT-nin Coğrafi adları üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin rəhbəri Baqinskiy Vladimir Maksimoviçin sədrliyi ilə keçən iclasda Qazaxıstanın, Rusiyanın, Ukraynanın, Özbəkistanın, Moldovanın mütəxəssisləri iştirak edirdilər.

HƏQİQƏT




Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024