Tarix:23/11/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış “Apple” şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik “Dell” və “Lenovo” şirkətləri yer alıb. “Acer”, “Asus”, “Emachines”, “HP”, “Gateway” və “Toshiba” şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir.
Nüfuzlu nəşrin icmalçıları “Apple” şirkətinin rəqibləri qarşısındakı bəzi üstünlüklərini (qabaqcıl dizayna malik daha keyfiyyətli kompüterlər və yeni bahalı texnologiyaların tətbiqi) açıqlayıblar. 2012-ci ilin üçüncü rübündə Kaliforniya korporasiyası 4,9 milyon ədəd “Mac” kompüteri satıb.
“Apple” rəqiblərini texniki dəstək xidmətinin keyfiyyətinə görə də üstələyib. Şirkət problemlərin təxminən 75 faizini həll edib. Müqayisə üçün, ən yaxın izləyicisi “Dell” şirkəti müştərilərinin problemlərinin yalnız 61 faizinin öhdəsindən gələ bilib.“Apple” stolüstü FK-in etibarlılığı nominasiyasında da birinci pillədə qərarlaşıb.
EMİL
Ən etibarlı kompüter markaları hansılardı?
Amerikanın “Consumer Reports” jurnalı istehlak elektronikası bazarında ən etibarlı markaların reytinqini dərc edib.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış “Apple” şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik “Dell” və “Lenovo” şirkətləri yer alıb. “Acer”, “Asus”, “Emachines”, “HP”, “Gateway” və “Toshiba” şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir.
Nüfuzlu nəşrin icmalçıları “Apple” şirkətinin rəqibləri qarşısındakı bəzi üstünlüklərini (qabaqcıl dizayna malik daha keyfiyyətli kompüterlər və yeni bahalı texnologiyaların tətbiqi) açıqlayıblar. 2012-ci ilin üçüncü rübündə Kaliforniya korporasiyası 4,9 milyon ədəd “Mac” kompüteri satıb.
“Apple” rəqiblərini texniki dəstək xidmətinin keyfiyyətinə görə də üstələyib. Şirkət problemlərin təxminən 75 faizini həll edib. Müqayisə üçün, ən yaxın izləyicisi “Dell” şirkəti müştərilərinin problemlərinin yalnız 61 faizinin öhdəsindən gələ bilib.“Apple” stolüstü FK-in etibarlılığı nominasiyasında da birinci pillədə qərarlaşıb.
EMİL
Baxış sayı: 1630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır