Artıq 5000 müəllim rəsmi elektron poçt xidmətindən istifadə edir
Korporativ elektron poçt xidmətindən qeydiyyatdan keçmiş müəllimlərin sayı 5000 nəfərə çatıb. “ad.soyad@teacher.edu.az” elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Mədəd Azərbaycan” təşkilatının birgə fəaliyyəti sayəsində “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təchiz olunmaqdadır.Layihə çərçivəsində müəllimlərin poçt ünvanları “teacher.edu.az” domeni adı altında açılıb. Elektron poçt ünvanları “Microsoft Live@Edu” texnoloji platformasının bazasında işləyir. “@teacher.edu.az” aşağıdakı üstünlüklərə malikdir:
10 Giqabaytlıq təhlükəsiz poçt qutuları;
müəllimlər şəbəkəsində məlumat mübadiləsi;
ani yazışma sistemi;
çevik axtarış sistemi;
fərdi iş planlaşdırılması alətləri;
şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun);
böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Giqabaytlıq web-məkan.
“Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, “@teacher.edu.az” elektron poçtu Dövlət Proqramı çərçivəsində təlimlərdən keçən, həmçinin “Elektron məktəb” layihəsinə qoşulmuş məktəblərin müəllimlərinə təqdim edilir. Artıq bir sıra məktəblərdə bütün kollektiv “@teacher.edu.az” elektron poçt xidmətinə keçmişdir. Bu proses təlim prosesinin idarə olunmasını və müəllimlər arasında təcrübə və məlumat mübadiləsini tamamilə yeni bir səviyyəyə yüksəldib. Bu təşəbbüsün əsas məqsədi müəllimlərin İnternet vasitəsilə peşəkar informasiya mübadiləsini həyata keçirməkdir. Bununla bərabər, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.
RƏVAN
Baxış sayı: 3196
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib