12px13px15px17px
Tarix:23/11/12

“ƏlaCİN” istifadəçiləri 10 saat pulsuz danışıq əldə edəcəklər

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti “Sür@” ticarət nişanı adı altında öz müştərilərinə ən mükəmməl “3G” mobil internet xidmətləri göstərməkdədir. “Bakcell” Yeni il ərəfəsində öz abonentlərini sevindirməkdə davam edir.

“ƏlaCİN” abonentlərinə 10 saat danışıq vaxtını tamamilə pulsuz təqdim edən yeni kampaniya “Bakcell” tərəfindən rəsmi olaraq elan edilib. Bu, tamamilə misilsiz və pulsuz bir kampaniyadır.

“ƏlaCİN” tarif paketindən istifadə edən “Bakcell” abonentləri 5568 nömrəsinə boş SMS göndərib öz bonuslarını əldə edə bilərlər. Kampaniyaya qoşulmuş hər bir “ƏlaCİN” abonenti, 10 ədəd birsaatlıq şəbəkədaxili zəngə malik olacaq və pulsuz danışıqlardan yararlanacaqdır.Bonus hər ay verilir və kampaniyanın sonuna qədər, yəni 31 yanvar 2013-cü il tarixinədək qüvvədə olacaqdır.




RƏVAN




Baxış sayı: 1438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024