12px13px15px17px
Tarix:24/11/12

UNESCO xəbərdarlıq edir: “İnternetə qoşulmanı məhdudlaşdıran amillər artmaqdadır”

İnternetdə söz azadlığı ilə məşğul olan Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, internetə qoşulmağa olan qadağalar artıb və təşkilat hökumətləri siyasi inkişaf zamanı maneələr yaratmaq əvəzinə, geniş əlaqələri təmin edən siyasətlər tətbiq etməyə çağırıb.
 
"Bilik və ideyalar bu gün elə bir həcm və sürətlə yayılır ki, illər əvvəl biz bunu təsəvvür belə edə bilməzdik, "sərhədlərdən asılı olmadan və aşağı qiymət ilə" - Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Kommunikasiya üzrə baş direktorunun müavini Janis Karklins İnternetin idarə edilməsi Forumunda iştirakçılara belə demişdir. "Belə ki, bu məlumat axınının qarşısında hələ də maneələr var və yeni maneələr də yaranmağa davam edir".
 
Bakıda təşkil olunan Forumun iştirakçıları dövlətlər, dövlətlərarası təşkilatlar, biznes nümayəndələri, texniki cəmiyyət, vətəndaş cəmiyyəti təşkilatları, həmçinin, İnternetin idarə edilməsi məsələlərində maraqlı olan hər hansı fərdi İnternet istifadəçilərindən ibarət idi.
 
Bu ilki Forumun mövzusu "Davamlı Bəşəri, İqtisadi və Sosial inkişaf üzrə İnternetin idarə edilməsi" idi və bu, ölkələr üzrə inkişafın müxtəlif aspektlərinin təkamülündə İnternetin artan roluna təsir edir.
 
UNESCO-nun internet səhifəsindəki məlumatlara əsasən İnternet inkişaf üçün böyük potensiala malikdir və çox böyük həcmdə məlumat və bilik mənbələrindən ibarətdir və insanlar üçün yeni-yeni imkanlar açır. "Söz azadlığı yalnız ənənəvi mediaya deyil, həmçinin İnternetə də və eyni zamanda inkişafa töhfə verən inkişaf etməkdə olan hər növ media platformalarına da tətbiq olunmalıdır", - orada qeyd olunub.
 
Onlayn söz azadlığına həsr olunmuş İnternetin idarə edilməsi Forumunun sessiyasında, Mr. Franklins dedi ki, UNESCO, bəzi ölkələrdə siyasi inkişaf zamanı İnternet xidmətlərinin müvəqqəti dayandırıldığının, xüsusi kommunikasiya platformaları ilə əlaqənin məhdudlaşdırıldığının, məzmunun özbaşına çıxarılması və ya istisna edilməsinin şahidi olub.
 
"Özbaşına nəzarət və məxfilik hüququnun pozulması da dünya üzrə internet istifadəçilərinə ziyan vurub,"- Mr. Karklins dedi. "Bir çoxları həbs, təcavüz, kiberhücumlara məruz qalıb. Bir çox hallarda isə İnternetdə öz fikirlərini bildirən adamlar öldürülüb".
 
İnternetin sürətli inkişafı, həmçinin onun transmilli təbiəti, bir çox yurisdiksiyaların qanunlarında uyğunsuzluqlar yaradan hüquq orqanlarında çətinliyə səbəb olub, - Mr. Karklins qeyd etdi və bu hüququn pozulmasının qarşısını almaq üçün söz azadlığının müdafiə edilməsi haqda xəbərdarlıq etdi.
 
UNESCO-nun rəsmi nümayəndəsi vurğuladı ki, dövlətlər öz vətəndaşlarını  internetə qoşulma və bahalı olmayan avadanlıq ilə təmin etməli və vətəndaşları arasında media maarifləndirilməsini yaymalıdır.
 
 "Çoxtərəfli internet idarə edilməsi çərçivəsində, fikir azadlığı infrastrukturunun genişləndirilməsi qədər mühüm hesab olunmalıdır. Bu, fərdlərin, cəmiyyətlərin, dövlətlərin marağındadır,"- o əlavə etdi və UNESCO-nun söz azadlığının ənənəvi və həmçinin onlayn platformalarda müdafiəsinin təminatı öhdəliyini bir daha təkrar etdi.




Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024