Tarix:26/11/12
“ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın 1-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.
Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçiriləcək. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, İKT, turizm, avadanlıqların istehsalı, plastik qablaşdırma və tara istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
HƏQİQƏT
Serbiyanın xarici və daxili ticarət və telekommunikasiya nazirinin Azərbaycana səfəri başlayıb
Serbiya Hökumətində baş nazirin müavini, xarici və daxili ticarət və Telekommunikasiya naziri Rasim Lyaiçin Azərbaycana səfəri başlayıb. Səfər noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədi daşıyır.“ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın 1-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.
Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçiriləcək. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, İKT, turizm, avadanlıqların istehsalı, plastik qablaşdırma və tara istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
HƏQİQƏT
Baxış sayı: 950
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır