12px13px15px17px
Tarix:25/07/11

Onlayn biznes “Microsoft”a ziyan vurur

“Microsoft” şirkətinin növbəti maliyyə hesabatını diqqətlə araşdıran “TechCrunch” jurnalistləri belə nəticəyə gəliblər ki, onlayn xidmətlər son il ərzində şirkətə 2.557 milyard dollar zərər vurub. “Microsoft” şirkətinin maliyyə hesabatında bildirilib ki, Onlayn Xidmətlər Departamentinin gəliri bir rüb ərzində 17% və bir il ərzində 15% artıb. Ancaq məlum olub ki, departament itirdikləri ilə müqayisədə cüzi qazanır. Belə ki, keçən rüb ərzində “Microsoft” onlayn biznesdə 728 milyon dollar itirib. Bundan başqa, şirkətin onlayn xidmətləri 2005-ci ildən bəri gəlir gətirmir. Beləliklə, analitiklər 22 mənfəətsiz rüb müşahidə edə bilərlər.
Əlbəttə, “Microsoft” şirkətinin digər biznesləri olduqca gəlirlidir və yaxın vaxtlarda şirkət 70 milyard dollar gəlir haqqında hesabat verib. “Microsoft” şirkəti iyun ayında 8.5 milyard dollara “Skype”-ı almaq üçün saziş bağlayıb. Əlbəttə, gəlir haqqında danışmaq hələ tezdir və onlayn-messencer şirkətin daha bir ziyanlı departamenti ola bilər. Ancaq “Skype”-in rəhbəri iddia edib ki, şirkət Onlayn Biznes Departamentinə aid olmayan ayrı bölmə kimi “Microsoft” şirkətinin tərkibinə daxildir.


www.ibusiness.ru



Baxış sayı: 1213

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024