12px13px15px17px
Tarix:26/11/12

“Nokia” top menecerini itirdi

“Nokia” şirkətində təxminən 10 il müddətində foto texnologiya bölməsinə rəhbərlik etmiş Demian Dinninq tezliklə onu tərk edəcək. Məhz o, 41 meqapikselli “808” smartfonunda tətbiq edilmiş “PureView” texnologiyasına cavabdeh şəxs idi.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, top menecer şirkəti şəxsi səbəblər üzündən tərk edir. Onun sözlərinə görə, “Nokia” hazırda bir neçə əsas əməkdaşın qərargaha keçirilməsi ilə məşğuldur. Lakin Dinninq ailəsinə yaxın olmaq üçün Böyük Britaniyanı tərk etməkdən imtina edib.

Məlumat üçün qeyd edək ki, Dinninq, həmçinin avtomobil həvəskarıdır və o, “Nokia”nı tərk etdikdən sonra “Land Rover Jaguar” şirkətinə keçəcək və orada internetə qoşulmuş “Connected Car” “ağıllı” avtomobillər sahəsi üzrə hazırlamalarla məşğul olacaq.O, “Nokia” şirkətini rəsmən noyabrın 30-da tərk edəcək.


 
EMİL




Baxış sayı: 1245

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024