Tarix:27/11/12
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ötən rüb mobil rabitə operatorları ilə bağlanmış abunəçi müqavilələrinin 75 faizi Asiya və Afrikanın payına düşüb. Belə ki, 3 ay ərzində Çində 31 milyon, Afrikada 25 milyon müqavilə bağlanılıb. Müqayisə üçün qeyd edək ki, müvafiq dövrdə Qərbi Avropada yalnız 1 milyon, Şimali Amerikada isə 2 milyon müqavilə bağlanılıb.
Mobil rabitə sahəsində bağlanmış müqavilələrin ümumi sayı 6,4 milyarda çatıb. Bu halda mobil operatorların xidmətindən isə 4,3 milyard insan istifadə edir.
Mobil şəbəkələr vasitəsilə ötürülən trafikin həcmi sürətlə artır. Mobil operatorlar hər ay 900 petabayta qədər məlumat və 190 petabayt səs informasiyası emal edirlər. 2018-ci ilə qədər trafikin həcmi ay ərzində 13 min petabayta qədər artacaq.
Hazırda təxminən 100 “LTE” dördüncü nəsil şəbəkəsi işə salınıb və əhatə dairəsi 455 milyona bərabərdir. “Ericsson” hesab edir ki, 2017-ci ildə “LTE” xidmətləri Yer kürəsi əhalisinin yarısına əlçatan olacaq.
EMİL
Mobil rabitə sahəsində bağlanmış müqavilələrin sayı 6,4 milyarda çatıb
“Ericsson” şirkətinin hesabatına əsasən, informasiya-kommunikasiya texnologiyaları yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, telefon və mobil internetə çıxış xidmətlərindən istifadə qiymətlərinin azalması buna imkan yaradır.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ötən rüb mobil rabitə operatorları ilə bağlanmış abunəçi müqavilələrinin 75 faizi Asiya və Afrikanın payına düşüb. Belə ki, 3 ay ərzində Çində 31 milyon, Afrikada 25 milyon müqavilə bağlanılıb. Müqayisə üçün qeyd edək ki, müvafiq dövrdə Qərbi Avropada yalnız 1 milyon, Şimali Amerikada isə 2 milyon müqavilə bağlanılıb.
Mobil rabitə sahəsində bağlanmış müqavilələrin ümumi sayı 6,4 milyarda çatıb. Bu halda mobil operatorların xidmətindən isə 4,3 milyard insan istifadə edir.
Mobil şəbəkələr vasitəsilə ötürülən trafikin həcmi sürətlə artır. Mobil operatorlar hər ay 900 petabayta qədər məlumat və 190 petabayt səs informasiyası emal edirlər. 2018-ci ilə qədər trafikin həcmi ay ərzində 13 min petabayta qədər artacaq.
Hazırda təxminən 100 “LTE” dördüncü nəsil şəbəkəsi işə salınıb və əhatə dairəsi 455 milyona bərabərdir. “Ericsson” hesab edir ki, 2017-ci ildə “LTE” xidmətləri Yer kürəsi əhalisinin yarısına əlçatan olacaq.
EMİL
Baxış sayı: 1320
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır