Tarix:27/11/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Mail.Ru” axtarış sistemini 2004-cü ildə istifadəyə verib və 2006-cı ilin sonuna qədər “Google” texnologiyasını tətbiq edirdi. 2007-ci ildə isə "Yandeks" axtarış mühərrikindən istifadəyə başladı və həmin ilin iyununda “GoGo.ru” adlı sistemini istifadəyə verdi və o, elə də uğurlu alınmadı. Şirkət 2010-cu ildən etibarən yenidən “Google”-un axtarış texnologiyalarından istifadə etməyə, həmçinin “AdSense” reklam elanlarını göstərməyə başladı.
“Mail.Ru”, həmçinin “AdSense” reklam sistemindən də imtina edəcək. Şəxsi kontekst reklam xidmətinin yaradılması ilə isə 2011-ci ilin aprelində şirkətə gəlmiş "Bequn"un banisi Aleksey Basov məşğul ola bilər.
“Mail.Ru” internet şirkətinin “Google”-la müqaviləni uzatmaqdan imtina etməsini onun beynəlxalq bazara çıxması ilə əlaqələndirirlər.Qeyd edək ki, “Mail.Ru” beynəlxalq bazarda “my.com” ticarət markası altında çıxış edəcək.
EMİL
“Mail.Ru” internet şirkəti “Google”-un axtarış xidmətlərindən imtina edəcək
Rusiyanın “Mail.Ru Group” internet şirkəti şəxsi sisteminə görə “Google”-un axtarış texnologiyalarından imtina edəcək. Amerika şirkəti ilə bağlanmış müqavilənin müddəti 2013-cü ilin fevralında başa çatır və “Mail.Ru” müqaviləni uzatmağı planlaşdırmır.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Mail.Ru” axtarış sistemini 2004-cü ildə istifadəyə verib və 2006-cı ilin sonuna qədər “Google” texnologiyasını tətbiq edirdi. 2007-ci ildə isə "Yandeks" axtarış mühərrikindən istifadəyə başladı və həmin ilin iyununda “GoGo.ru” adlı sistemini istifadəyə verdi və o, elə də uğurlu alınmadı. Şirkət 2010-cu ildən etibarən yenidən “Google”-un axtarış texnologiyalarından istifadə etməyə, həmçinin “AdSense” reklam elanlarını göstərməyə başladı.
“Mail.Ru”, həmçinin “AdSense” reklam sistemindən də imtina edəcək. Şəxsi kontekst reklam xidmətinin yaradılması ilə isə 2011-ci ilin aprelində şirkətə gəlmiş "Bequn"un banisi Aleksey Basov məşğul ola bilər.
“Mail.Ru” internet şirkətinin “Google”-la müqaviləni uzatmaqdan imtina etməsini onun beynəlxalq bazara çıxması ilə əlaqələndirirlər.Qeyd edək ki, “Mail.Ru” beynəlxalq bazarda “my.com” ticarət markası altında çıxış edəcək.
EMİL
Baxış sayı: 1883
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib