12px13px15px17px
Tarix:27/11/12

Məktəblərin əksəriyyəti genişzolaqlı internet şəbəkəsinə qoşulub

«2-5 il bundan öncə alınan informasiya-kommunikasiya texnologiyaları avadanlıqları müəyyən zaman keçdikdən sonra ya öz keyfiyyətini itirir, ya da istifadəsində müəyyən problemlər yaranır. Məktəblərdə kompüter - şagird nisbəti 1:20 olaraq qalır. Bununla bağlı ciddi bir dəyişiklik yoxdur». “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib.

O bildirib ki, hazırda əsas diqqət mövcud nisbətin aşağı düşməməsinə yönəldilib. Nazir vurğulayıb ki, məktəbə verilən avadanlıqlar mütləq şəkildə istifadə edilməlidir: “Məktəblərimizin hamısında İKT avadanlıqları var. Ola bilər ki, böyük məktəblərdə laboratoriyaların sayı, siniflərin sayı çox, kiçik məktəblərdə isə az olsun. Məktəblərimizin böyük əksəriyyəti genişzolaqlı internet şəbəkəsinə qoşulub. Biz təkcə bununla kifayətlənmirik. Eyni zamanda, “Elektron məktəb” proqramını həyata keçiririk”.

2012-ci ildə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın artıq başa çatacağını söyləyən M.Mərdanov əlavə edib ki, adıçəkilən nazirlik növbəti illərdə təhsil sisteminin İKT ilə təminatıyla bağlı yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib: “Yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir. Növbəti 7 illik proqramda yeniliklər nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

SEYMUR




Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Avqust 2018

18 08 2018

18/08/18
1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologi

18/08/18
Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

“Huawei” 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kim

18/08/18
Çap edilmiş “Wi-Fi” datçiklər gündəlik əşyaları "ağıllı" qurğulara çevirir

Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirərə