12px13px15px17px
Tarix:27/11/12

Azərbaycanın görkəmli dramaturqunun elektron məlumat bazası hazırlanıb

Milli Кitabхanada Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycanın görkəmli filosofu və dramaturqu Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş “Mirzə Fətəli Axundzadə - 200.

Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin AMK-ya istinadən verdiyi məlumata görə,  tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bu gün Axundzadə yubileyinin belə geniş şəkildə keçirilməsinin ölkə  Prezidentinin Axundzadənin anadan olmasının 200 illik yubileyinin keçirilməsi barədə imzaladığı  sərəncamdan irəli gəldiyini qeyd edib. 

2012-ci ilin TÜRKSOY təşkilatı tərəfindən “M.F.Axundzadə ili” kimi elan olunduğunu  vurğulayan K.Tahirov dekabr ayının ikinci ongünlüyündə Kiprdə və Ankarada türkdilli ölkələrin iştirakı ilə görkəmli filosof və dramaturqun 200 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransların keçiriləcəyini bildirib.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,  dosent Azad Qurbanov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri dosent Nadir İsmayılov, AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Mirzə Fətəli Axundzadə - 200. Biblioqrafiya kitabı haqqında, ümumiyyətlə, Axundzadə irsi haqqında geniş danışıblar.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Mirzə Fətəli Axundzadə - 200” adlı elektron məlumat bazası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
 Sonda tədbir iştirakçıları dramaturqun bütün həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olublar.

CAHANGİR




Baxış sayı: 2347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024