12px13px15px17px
Tarix:29/11/12

“AZAL” internetlə arzuolunmaz sərnişinlər haqqında məlumatlar verir

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arzuolunmayan sərnişinləri haqqında məlumatları özünün rəsmi internet səhifəsi ilə maraqlanan insanlara təqdim edir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə “AZAL”-dan məlumat verilib.

Məlumatda bildirilir ki, maraqlı şəxslər arzuolunmayan insanlar haqqında informasiya əldə etmək istəyirsə, o zaman ilk növbədə “AZAL”-ın saytına (http://www.azal.az/) daxil olaraq, burada «Arzuolunmaz sərnişinlərin siyahısı» bölməsini seçməlidirlər. Bu zaman aviaşirkətin reyslərinə buraxılmayan sərnişinlərin siyahısı açılacaq.

Açılan pəncərədə sərnişinin məlumatlar bazasında axtarılması və yoxlanılması üçün mütləq “Soyad”, “Ad” və ya “Pasport” sütununu doldurmaq və sonra “Axtar” düyməsini basmaq lazımdır. Bu əməliyyatdan sonra “AZAL” tərəfindən arzuolunmayan şəxslərin kimlər olduğu məlum olur.

“AZAL” bildirir ki, aviaşirkət yarandığı ilk gündən başlayaraq hər zaman öz sərnişinlərinə dəqiq və obyektiv informasiya verməyə çalışıb. Bunun üçün də şirkətin rəsmi internet səhifəsində təqdim olunan informasiya sərnişinlərə qarşıdakı uçuş, zəruri proseduralar, baqajın daşınması qaydaları və sair haqqında bütün vacib məlumatlar əks olunub. «Saytda, həmçinin fəaliyyət göstərən cədvəllə tanış olmaq və onlayn rejimdə aviaşirkətin reysləri barəsində informasiya almaq mümkündür».

SEYMUR




Baxış sayı: 1968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024