Tarix:29/11/12
Nazirlikdən bildirilib ki, konfransın məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, öncəki illərdə İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans Bakı və Daşkənd şəhərlərində keçirilib.
Bakıda keçirilən konfrans 2009-2011-ci illərdə baş tutub. İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 6-cı Beynəlxalq Konfrans (AICT-2012) bu ilin oktyabrında Gürcüstanın Tbilisi şəhərində keçirilib. Konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edib və informasiya-kommunikasiya texnologiyalarının təhsil, elm, iqtisadiyyat, biznes, səhiyyə, idarəetmə, dövlət strukturlarında və digər sahələrdə tətbiqinin daha da yaxşılaşdırılması yolları əsas müzakirə obyektləri olub.
Mütəxəssislərin fikrinə görə, bütün bunlar biznes, iqtisadiyyat və başqa sahələrdə işin yaxşılaşdırılması ilə yanaşı, dövlət strukturlarının fəaliyyətində də yeniliklərin tətbiqi yollarına diqqəti cəlb edəcək. Konfrans son vaxtlar böyük maraq kəsb edən naqilsiz internet, 3-cü və 4-cü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
HƏQİQƏT
İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans Azərbaycanda keçiriləcək
İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfransın (AICT-2012) Azərbaycanda keçirilməsi planlaşdırılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, konfransın məqsədi informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş yüksək innovativ elmi nəticələrlə bağlı bilik və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, öncəki illərdə İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans Bakı və Daşkənd şəhərlərində keçirilib.
Bakıda keçirilən konfrans 2009-2011-ci illərdə baş tutub. İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 6-cı Beynəlxalq Konfrans (AICT-2012) bu ilin oktyabrında Gürcüstanın Tbilisi şəhərində keçirilib. Konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edib və informasiya-kommunikasiya texnologiyalarının təhsil, elm, iqtisadiyyat, biznes, səhiyyə, idarəetmə, dövlət strukturlarında və digər sahələrdə tətbiqinin daha da yaxşılaşdırılması yolları əsas müzakirə obyektləri olub.
Mütəxəssislərin fikrinə görə, bütün bunlar biznes, iqtisadiyyat və başqa sahələrdə işin yaxşılaşdırılması ilə yanaşı, dövlət strukturlarının fəaliyyətində də yeniliklərin tətbiqi yollarına diqqəti cəlb edəcək. Konfrans son vaxtlar böyük maraq kəsb edən naqilsiz internet, 3-cü və 4-cü nəsil mobil texnologiyaların inkişafına əsaslanan müxtəlif texniki məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
HƏQİQƏT
Baxış sayı: 1745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır