Tarix:01/12/12
Onun sözlərinə görə, yeni nəslin müəllimləri konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tətbiq etməlidirlər. “Müəllim – şagird – dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın tədrisə marağını və istəyini stimullaşdırmağa imkan verir: “Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə məktəb müəllimləri üçün pulsuz təlimlər keçirilir. 2005-ci ildən etibarən “Mədəd Azərbaycan”ın təşkil etdiyi təlimlərdə 37 regiondan olan 77000-dən çox müəllim iştirak edib. Bu isə Azərbaycanda təlimlər keçmiş müəllimlərin ümumi sayının 47 faizini təşkil edir.
“Intel® Gələcək üçün Təhsil” və “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kimi təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyətyönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir. Müəllimlər bu təlimlərdən sonra dərs proseslərində həm hazır, həm də şəxsi işləmələrdən ibarət olan müxtəlif elektron təhsil resurslarından istifadə etmək və hazırlamağı öyrənirlər”.
Gülşən Babaşova qeyd edib ki, İKT-nin tədris prosesində tətbiqi nəticəsində şagirdin əsas mərkəzi fiqur olması təmin edilir, müəllim, əsasən, şagirdin köməkçisi, konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. İndi kompüterdə hazırlanmış təqdimat vasitəsilə dərsi uşaqlar üçün daha cəlbedici, maraqlı, rəngarəng və başadüşülən formada nümayiş etdirmək mümkündür. Əvvəl isə müəllim dərsi başa salmaq üçün lövhədə tabaşirlə yazmağa, şəkil çəkmək və ya plakatlar asıb-çıxarmaq kimi yorucu işlərə daha çox vaxt sərf edirdi: “Müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil sahəsində rolu böyükdür.
Elektron resurslardan istifadənin şagirdlərin motivasiyasının artırılması, onların diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri var. İKT-dən düzgün istifadə şagirdlərdə yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına xidmət edir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. İKT-dən istifadə etməklə təhsildə uğurlu nəticəni isə biz dünya təcrübəsinə arxalanaraq xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə almaqla müasir Azərbaycan təhsil modelini qurmaqla təmin edə bilərik”.
HƏQİQƏT
Pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsilə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür
Pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə 2007-ci ildən etibarən “Mədəd Azərbaycan”da təlimçi kimi Gülşən Babaşova məlumat verib.Onun sözlərinə görə, yeni nəslin müəllimləri konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tətbiq etməlidirlər. “Müəllim – şagird – dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın tədrisə marağını və istəyini stimullaşdırmağa imkan verir: “Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə məktəb müəllimləri üçün pulsuz təlimlər keçirilir. 2005-ci ildən etibarən “Mədəd Azərbaycan”ın təşkil etdiyi təlimlərdə 37 regiondan olan 77000-dən çox müəllim iştirak edib. Bu isə Azərbaycanda təlimlər keçmiş müəllimlərin ümumi sayının 47 faizini təşkil edir.
“Intel® Gələcək üçün Təhsil” və “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kimi təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyətyönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir. Müəllimlər bu təlimlərdən sonra dərs proseslərində həm hazır, həm də şəxsi işləmələrdən ibarət olan müxtəlif elektron təhsil resurslarından istifadə etmək və hazırlamağı öyrənirlər”.
Gülşən Babaşova qeyd edib ki, İKT-nin tədris prosesində tətbiqi nəticəsində şagirdin əsas mərkəzi fiqur olması təmin edilir, müəllim, əsasən, şagirdin köməkçisi, konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. İndi kompüterdə hazırlanmış təqdimat vasitəsilə dərsi uşaqlar üçün daha cəlbedici, maraqlı, rəngarəng və başadüşülən formada nümayiş etdirmək mümkündür. Əvvəl isə müəllim dərsi başa salmaq üçün lövhədə tabaşirlə yazmağa, şəkil çəkmək və ya plakatlar asıb-çıxarmaq kimi yorucu işlərə daha çox vaxt sərf edirdi: “Müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil sahəsində rolu böyükdür.
Elektron resurslardan istifadənin şagirdlərin motivasiyasının artırılması, onların diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri var. İKT-dən düzgün istifadə şagirdlərdə yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına xidmət edir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. İKT-dən istifadə etməklə təhsildə uğurlu nəticəni isə biz dünya təcrübəsinə arxalanaraq xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə almaqla müasir Azərbaycan təhsil modelini qurmaqla təmin edə bilərik”.
HƏQİQƏT
Baxış sayı: 1559
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır