Tarix:03/12/12
Azərbaycan İnternet Forumu (AİF) tərəfindən, Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirilməsində iştirak edib. Səsvermənin 1-ci mərhələsinin yekununda 13 nominasiya üzrə ən yaxşılar olan 82 sayt nominant statusu alıb. Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixində başlayacaq və 15 dekabrda başa çatacaq.
Müsabiqə Komissiyası 15 dekabr tarixinədək nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər. Milli İnternet Mükafatının yekun təqdimat mərasiminin 19 dekabr tarixində keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta, 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq. Cari ildə ilk dəfə olaraq “Ən yaxşı sosial şəbəkə” və “StartUp 2012” nominasiyaları da əlavə olunub. “Ən yaxşı sosial şəbəkə” nominasiyasının qaliblərinə “SAZZ” şirkətinin xüsusi mükafatları da təqdim olunacaq. Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Delta Telecom” və “SAZZ” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
CAHANGİR
Milli İnternet Mükafatının nominantları seçilib
Milli İnternet Mükafatı “Milli Net 2012”-də səsvermənin 1-ci mərhələsi başa çatıb. “ICTnews” elektron xəbər xidmətinin Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, müsabiqəyə 13 nominasiya üzrə 399 sayt təqdim edilmişdi. Onlardan yalnız 326 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.Azərbaycan İnternet Forumu (AİF) tərəfindən, Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirilməsində iştirak edib. Səsvermənin 1-ci mərhələsinin yekununda 13 nominasiya üzrə ən yaxşılar olan 82 sayt nominant statusu alıb. Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixində başlayacaq və 15 dekabrda başa çatacaq.
Müsabiqə Komissiyası 15 dekabr tarixinədək nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər. Milli İnternet Mükafatının yekun təqdimat mərasiminin 19 dekabr tarixində keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta, 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq. Cari ildə ilk dəfə olaraq “Ən yaxşı sosial şəbəkə” və “StartUp 2012” nominasiyaları da əlavə olunub. “Ən yaxşı sosial şəbəkə” nominasiyasının qaliblərinə “SAZZ” şirkətinin xüsusi mükafatları da təqdim olunacaq. Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Delta Telecom” və “SAZZ” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
CAHANGİR
Baxış sayı: 866
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib