12px13px15px17px
Tarix:03/12/12

“LinkedIn” işgüzar sosial şəbəkəsində ən nüfuzlu insan kimdir?

"Virgin" şirkətinin təsisçisi Riçard Brenson "LinkedIn" işgüzar sosial şəbəkəsində yeni rekord təyin edib; onun abunəçilərinin sayı 1 milyonu ötüb və "LinkedIn" işgüzar sosial şəbəkəsində ən nüfuzlu insan elan edilib. Bu "LinkedIn Influencer"dir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, onun ən yaxın izləyicisi ABŞ prezidenti Barak Obamadır. "Bizim məlumatlarımıza əsasən, Brenson hər kəs arasında populyardır" – "LinkedIn"in bloqunda sosial şəbəkənin baş redaktoru Deniel Rof yazıb. "Brensonun yalnız Antarktika qitəsində izləyicisi yoxdur".

Xatırladaq ki, "LinkedIn" sosial şəbəkənin 187 milyon istifadəçisi arasında daha populyar və trendlərə təsir edən istifadəçilər qrupunu seçmək üçün nəzərdə tutulmuş "Influencer" proqramını təxminən 1,5 ay bundan əvvəl istifadəyə verib.

EMİL



Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024