Tarix:03/12/12
14 dekabr tarixinədək davam edəcək konfrans və "BDTK-12" görüşündə 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydaları (BTQ) nəzərdən keçiriləcək.
Xatırladaq ki, Bakıda keçirilən İnternet İdarəçilik Forumunda (İİF) BTİ-nin Baş katibi Hamadun Ture bildirmişdi ki, hazırkı BTQ-lər mobil inqilab və informasiya cəmiyyəti üçün mərhələ açır və 2012-ci ilin BTQ-ləri bilik cəmiyyətinə daxil olmağa kömək edəcək.
"Sadəcə olaraq, "BDTK -12" görüşü dünya ictimaiyyətinin İKT-nin imkanlarından istifadə etməsinə şərait yaradır. Sərbəst informasiya axını; imkanlardan məhrum edilmiş şəxslər daxil olmaqla hamı üçün bərabər istifadə imkanlarının yaradılması; enerji imkanları və iqlim dəyişikliyi daxil olmaqla genişzolaqlı rabitənin inkişaf etdirilməsi; şəbəkələrdə, xidmətlərdə və tətbiq sahələrində kapital qoyuluşunun davam etdirilməsi; sürətlə inkişaf edən bu dünyada bəlkə də ən əhəmiyyətli hesab edilən əsas məsələ - innovasiyalara gətirib çıxaran bərabər imkanlar yaradan beynəlxalq mühitin formalaşması. Dəyişikliklər edilmiş BTQ-lər vasitəsilə təmin edə bilən yeni versiyaları yerinə yetirən hökumətlər saxtakarlıq və digər cinayətlərin qarşısını almaqda kömək edəcək. Lakin bəzi şərhçilər senzuranı legitimləşdirə biləcəklərini təklif etmişlər. Fakt budur ki, BTİ-nin üzvü olan ölkələr BTİ-nin konstitusiyasının 34-cü maddəsində qeyd edildiyi kimi, dövlətin təhlükəsizliyinə, qanunlarına, ictimai asayişinə və ya nizam-intizamına təhlükə yarada bilən hər hansı özəl telekommunikasiya xidmətlərinin göstərilməsinə maneçilik törətmək hüququna malikdir"- deyə H.Ture İİF-nin açılış mərasimindəki çıxışında qeyd etmişdi.
Bundan başqa, konfransda rabitə şəbəkələrinin iş prinsiplərinin yeni redaksiyasını müzakirəyə qoymaq planlaşdırılır. Müzakirə ediləcək digər məsələlər arasında internetin idarə edilməsi ilə bağlı yeni təkliflər paketinə də baxmaq planlaşdırılır.
Qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələr domen sisteminin idarə edilməsi səlahiyyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsini təkid edir. Həmin ölkələrin əsas 2 arqumenti var: birincisi, hazırda internetin domen sistemi Amerikanın "ICANN" təşkilatı tərəfindən idarə olunur və o isə öz növbəsində ABŞ-ın Ticarət Nazirliyindən asılıdır və ikincisi, ölkələrin əksəriyyəti şəxsi milli domen zonalarını müstəqil idarə etmək səlahiyyəti əldə etmək üçün səlahiyyətlərin BMT-yə verilməsini xahiş edirlər.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) domen sisteminin idarə edilməsi səlahiyyətlərinin ona verilməsinə fikir bildirməyib. Bundan əvvəl BTİ-nin direktoru Hamadun Ture bir sıra müsahibələrdə bəyan etmişdi ki, onun idarəsi belə səlahiyyəti öz üzərinə götürmək istəməzdi.
Digər tərəfdən, Hamadun Ture artıq konfrans ərəfəsində daha diplomatik davranaraq bildirib ki, əgər nümayəndələr səlahiyyəti onun idarəsinə vermək barədə qərar qəbul etsələr, deməli, belə olmalıdır.
O, həmçinin qeyd edib ki, əgər BTİ "yeni ICANN" olsa, o zaman agentlik kasıb ölkələrdə şəbəkələrin inkişafına diqqət ayırmaq niyyətindədir. "Acı həqiqət odur ki, internet zəngin ölkələrin üstünlüyü olub və olaraq da qalır. BTİ bunu dəyişdirmək istəyir" – Ture bildirib.
EMİL
BMT internetə nəzarət problemini müzakirə edəcək
Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi Beynəlxalq Dünya Telekommunikasiya Konfransı (BDTK) öz işinə başlayıb.14 dekabr tarixinədək davam edəcək konfrans və "BDTK-12" görüşündə 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydaları (BTQ) nəzərdən keçiriləcək.
Xatırladaq ki, Bakıda keçirilən İnternet İdarəçilik Forumunda (İİF) BTİ-nin Baş katibi Hamadun Ture bildirmişdi ki, hazırkı BTQ-lər mobil inqilab və informasiya cəmiyyəti üçün mərhələ açır və 2012-ci ilin BTQ-ləri bilik cəmiyyətinə daxil olmağa kömək edəcək.
"Sadəcə olaraq, "BDTK -12" görüşü dünya ictimaiyyətinin İKT-nin imkanlarından istifadə etməsinə şərait yaradır. Sərbəst informasiya axını; imkanlardan məhrum edilmiş şəxslər daxil olmaqla hamı üçün bərabər istifadə imkanlarının yaradılması; enerji imkanları və iqlim dəyişikliyi daxil olmaqla genişzolaqlı rabitənin inkişaf etdirilməsi; şəbəkələrdə, xidmətlərdə və tətbiq sahələrində kapital qoyuluşunun davam etdirilməsi; sürətlə inkişaf edən bu dünyada bəlkə də ən əhəmiyyətli hesab edilən əsas məsələ - innovasiyalara gətirib çıxaran bərabər imkanlar yaradan beynəlxalq mühitin formalaşması. Dəyişikliklər edilmiş BTQ-lər vasitəsilə təmin edə bilən yeni versiyaları yerinə yetirən hökumətlər saxtakarlıq və digər cinayətlərin qarşısını almaqda kömək edəcək. Lakin bəzi şərhçilər senzuranı legitimləşdirə biləcəklərini təklif etmişlər. Fakt budur ki, BTİ-nin üzvü olan ölkələr BTİ-nin konstitusiyasının 34-cü maddəsində qeyd edildiyi kimi, dövlətin təhlükəsizliyinə, qanunlarına, ictimai asayişinə və ya nizam-intizamına təhlükə yarada bilən hər hansı özəl telekommunikasiya xidmətlərinin göstərilməsinə maneçilik törətmək hüququna malikdir"- deyə H.Ture İİF-nin açılış mərasimindəki çıxışında qeyd etmişdi.
Bundan başqa, konfransda rabitə şəbəkələrinin iş prinsiplərinin yeni redaksiyasını müzakirəyə qoymaq planlaşdırılır. Müzakirə ediləcək digər məsələlər arasında internetin idarə edilməsi ilə bağlı yeni təkliflər paketinə də baxmaq planlaşdırılır.
Qeyd edək ki, konfransda iştirak edən bir sıra ölkələr domen sisteminin idarə edilməsi səlahiyyətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) verilməsini təkid edir. Həmin ölkələrin əsas 2 arqumenti var: birincisi, hazırda internetin domen sistemi Amerikanın "ICANN" təşkilatı tərəfindən idarə olunur və o isə öz növbəsində ABŞ-ın Ticarət Nazirliyindən asılıdır və ikincisi, ölkələrin əksəriyyəti şəxsi milli domen zonalarını müstəqil idarə etmək səlahiyyəti əldə etmək üçün səlahiyyətlərin BMT-yə verilməsini xahiş edirlər.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) domen sisteminin idarə edilməsi səlahiyyətlərinin ona verilməsinə fikir bildirməyib. Bundan əvvəl BTİ-nin direktoru Hamadun Ture bir sıra müsahibələrdə bəyan etmişdi ki, onun idarəsi belə səlahiyyəti öz üzərinə götürmək istəməzdi.
Digər tərəfdən, Hamadun Ture artıq konfrans ərəfəsində daha diplomatik davranaraq bildirib ki, əgər nümayəndələr səlahiyyəti onun idarəsinə vermək barədə qərar qəbul etsələr, deməli, belə olmalıdır.
O, həmçinin qeyd edib ki, əgər BTİ "yeni ICANN" olsa, o zaman agentlik kasıb ölkələrdə şəbəkələrin inkişafına diqqət ayırmaq niyyətindədir. "Acı həqiqət odur ki, internet zəngin ölkələrin üstünlüyü olub və olaraq da qalır. BTİ bunu dəyişdirmək istəyir" – Ture bildirib.
EMİL
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib