Tarix:03/12/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolu analiz edilir: "Viki-layihələr, onların təyinatı və informasiya təbliğatında rolu araşdırılır, "Vikipediya" ensiklopediyasının əhəmiyyəti və imkanları öyrənilir, sosial-demoqrafik portretinin analizi həyata keçirilir.
Həmçinin doktorant və dissertantlara müxtəlif sahə mütəxəssislərinə "Vikipediya" mövzusunda mühazirələr keçirilir, treninqlər aparılır. Viki-mühitdə Azərbaycan həqiqətləri haqqında viki-kontentin vəziyyətinin analizi nəticəsində məlum olub ki, bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlərin isə keyfiyyəti aşağıdır, bəzi hallarda isə həqiqətə uyğun deyil".
İ.Ələkbərova qeyd edib ki, problemi aradan qaldırmaq üçün viki-mühitdə Azərbaycan xalqına qarşı potensial təhlükə mənbəyi olan məlumatların düzgün, tam və elmi baxımdan əsaslandırılmış informasiya ilə əvəz olunmasına ehtiyac var:
"Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-materialların "Vikipediya" ensiklopediyasına daxil edilməsi dövrün tələbi kimi qarşımızda durur. Respublikanın dövlət qurumlarında, kitabxanalarda, universitetlərdə, elmi-tədqiqat institutlarında və digər təşkilatlarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında müxtəlif dəyərli məlumatlar saxlanılır. Bu kontentlərin "Vikipediya" ensiklopediyasına daxil edilməsi və bu işə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər".
HƏQİQƏT
İnformasiya Texnologiyaları İnstitutu “Vikipediya”da olan ümumi vəziyyət və problemləri araşdırır
Viki-mühitdə Azərbaycan xalqının maraqlarının qorunması, milli-mənəvi dəyərlərinin tanınması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Vikipediya" ensiklopediyasında olan ümumi vəziyyət və problemlər araşdırılmaqdadır."ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolu analiz edilir: "Viki-layihələr, onların təyinatı və informasiya təbliğatında rolu araşdırılır, "Vikipediya" ensiklopediyasının əhəmiyyəti və imkanları öyrənilir, sosial-demoqrafik portretinin analizi həyata keçirilir.
Həmçinin doktorant və dissertantlara müxtəlif sahə mütəxəssislərinə "Vikipediya" mövzusunda mühazirələr keçirilir, treninqlər aparılır. Viki-mühitdə Azərbaycan həqiqətləri haqqında viki-kontentin vəziyyətinin analizi nəticəsində məlum olub ki, bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlərin isə keyfiyyəti aşağıdır, bəzi hallarda isə həqiqətə uyğun deyil".
İ.Ələkbərova qeyd edib ki, problemi aradan qaldırmaq üçün viki-mühitdə Azərbaycan xalqına qarşı potensial təhlükə mənbəyi olan məlumatların düzgün, tam və elmi baxımdan əsaslandırılmış informasiya ilə əvəz olunmasına ehtiyac var:
"Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-materialların "Vikipediya" ensiklopediyasına daxil edilməsi dövrün tələbi kimi qarşımızda durur. Respublikanın dövlət qurumlarında, kitabxanalarda, universitetlərdə, elmi-tədqiqat institutlarında və digər təşkilatlarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında müxtəlif dəyərli məlumatlar saxlanılır. Bu kontentlərin "Vikipediya" ensiklopediyasına daxil edilməsi və bu işə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər".
HƏQİQƏT
Baxış sayı: 1044
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib