12px13px15px17px
Tarix:04/12/12

Bakıda Soft Computing üzrə II Beynəlxalq konfransa keçirilir

 "Kempinski Hotel Badamdar"da dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə II Beynəlxalq konfransa (WConSC2012) start verilib.

Tədbir NAFIPS (North American Fuzzy Information Processing Society - Şimali Amerika Qeyri-səlis İnformasiya Emalı Cəmiyyəti), BISC (The Berkeley Initiative in Soft Computing – Yumşaq hesablamalarda Berkley təşəbbüsü), Yumşaq Hesablamalar üzrə Avropa Mərkəzi (European Centre for Soft Computing), Beynəlxalq Qeyri-səlis Sistemlər Assosiasiyası (International Fuzzy Systems Association), Çexiyanın Tədqiqat və Qeyri-səlis Modelləşdirmənin Tətbiqi İnstitutu (Institute for Research and Applications of Fuzzy Modeling), SOFT, Yaponiya Qeyri-səlis və İntellektual İnformatika Nəzəriyyəsi Cəmiyyəti (Japan Society for Fuzzy Theory and Intelligent Informatics) və  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə Kanadanın Toronto Universitetinin professoru Burhan Türkşen açdı. Alim Lütfi Zadənin məşhur alim kimi elmə verdiyi töhfələrini xüsusi vurğulayaraq konfransın işini açıq elan etdi. Sonra ABŞ-ın İntellektual Hesablama İnstitutunun (Machine Intelligence Institute) direktoru, İona kollecinin professoru Ronald Yager "Sosial şəbəkələrdə hesablama" məruzəsi ilə çıxış etdi.

R.Yager sosial şəbəkələrdə hesablamanın informasiya mübadiləsində vacib texnologiyalardan biri olduğunu bildirdi. O, qeyri-səlis məntiq və hesablama texnologyasından istifadənin sosial şəbəkələrin modelləşdirilməsini zənginləşdirdiyini qeyd edərək bununla bağlı mövcud olan yanaşmalar haqqında ətraflı məlumat verdi.


Polşa Elmlər Akademiyasının Sistem Tədqiqatı İnstitutunun kompüter elmi üzrə professoru Yanuş Kasprjik (Janusz Kacprzyk) "Sözlərlə hesablama: keçmiş, indiki və gələcək problemlər" mövzusundə məruzəsini təqdim edərək 70-ci illərin ortalarından başlayaraq Lütfi Zadənin inqilabi ideyalarından söhbət açdı.

Təbii dilin emalı və ya hesablama linqvistikası problemlərinin CWW-dən (computing with words – sözlərlə hesablama) fərqli olduğunu bildirən Y.Kasprjik CWW-nin əsasını təşkil edən linqvistik verilənlərin xüləsələrini əldə etmək üçün təbii dil və sistemli funksional linqvistikanın rolunu qeyd etdi. 

Hazırda  tədbir müxtəlif mövzularda sessiyalar üzrə davam etdirilir.



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024