12px13px15px17px
Tarix:04/12/12

Yerli bankın müştəriləri Amerikanın internet mağazalarından alış-veriş edə bilərlər

Artıq “Bank Respublika”-nın Visa kart sahibləri Amerikanın internet mağazalarından alış-veriş (Azərbaycana çatdırılma ilə) edə biləcək və digər üstünlüklərdən faydalanacaqlar. Belə ki, Visa şirkəti MyUS.com portalının ödənişlər üzrə rəsmi tərəfdaşı olub.

“ICTnews” elektron xəbər xidmətinin “Bank Respublika”ya istinadən verdiyi məlumata görə, razılaşmaya əsasən, Visa kartları sahiblərinə xüsusi imtiyazlar tətbiq edilir: onlar 2 il müddətinə üzvlük haqqı ödəməkdən azad olunurlar, birinci ay sifarişlərin çatdırılmasına 25% endirim, növbəti çatdırılmalara isə 20% endirim, üstəlik 100 ABŞ dolları məbləğində sığortalanma əldə edirlər.

Bundan əlavə, Visa plastik kart sahibləri saytda alış-veriş edərkən personal onlayn məsləhətçinin xidmətlərindən istifadə edə bilərlər. Həmin məsləhətçi müştərilərə auksion resurslarından mal almaqda yardımçı olacaq, həmçinin individual sifarişlərin yerləşdirilməsində köməklik göstərəcək.

Kuponların axtarışı və qiymətlərin müqayisəsi kimi xüsusi servislər vasitəsilə saytın ziyarətçiləri endirimlər sisteminə keçid əldə edirlər. Artıq Visa kart sahibləri alış-veriş etmək və əldə edilmiş malların çatdırılmasını izləmək üçün MyUS.com akkauntlarını şirkətin saytında www.MyUS.com/visa (http://www.myus.com/visa) pulsuz qeydiyyatdan keçirə bilərlər.

CAHANGİR



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024