12px13px15px17px
Tarix:05/12/12

Təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə qoşulması üçün “3G” şəbəkəsindən istifadə olunacaq

 Hazırda təhsil şəbəkəsinə təxminən 1500 məktəb qoşulub. İlin sonunadək daha 200 tədris müəssisəsi "AzEduNet"-ə çıxış əldə edəcək. Bu barədə məlumatı Təhsil Nazirliyinin Təhsilin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov verib.


Onun sözlərinə görə, layihənin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb. İdarə rəisi bildirib ki, orta təhsil müəssisələrinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması üçün "3G" şəbəkəsindən istifadə olunacaq. Bu məqsədlə mobil operatorlarla danışıqlar aparılır və bu layihə bütün respublikanı əhatə edəcək.

Burada əsas məqsədlərdən biri valideynlərin şagirdlər barədə məlumatları əldə etməsinə şərait yaratmaqdır. Qeyd edək ki, əsasən relyefi çətin və əlverişsiz ərazilərdə yerləşən orta məktəblər simsiz şəkildə mərkəzə birləşdirilir.

RƏVAN



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024