12px13px15px17px
Tarix:26/07/11

"Skype" Dağlıq Qarabağı niyə Ermənistana aid edir?

İnternet-kommunikasiya sahəsində dünyanın ən populyar şirkətlərindən biri olan "Skype" Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməkdə davam edir. Bu barədə Polşanın "Biuletyn İnformacyjny Studium (BIS)" nəşri yazıb. Belə ki, ödənişli zənglər siyahısında Qarabağ adı Ermənistan tarifləri arasında göstərilir: “Ermənistan- İrəvan”-12,1 sent, “Ermənistan-Mobil”-23 sent, “Ermənistan- Dağlıq Qarabağ”-26,2 sent.
Məlumata görə, Ermənistanda mobil rabitə operatorları rabitə xidmətlərini ancaq ölkə ərazisində təqdim edir, Qarabağda isə erməni mobil operatorlarının abonentləri rouminq xidmətindən istifadə edir. Dağlıq Qarabağda “Karabakh Telekom” mobil operatorunun fəaliyyət göstərdiyi də bildirilir. Polşa nəşri bununla yanaşı, vurğulayır ki, "Skype" Dağlıq Qarabağı Ermənistana aid edən yeganə şirkət deyil. Belə ki, sms-məlumat xidmətlərini təqdim edən Polşa saytı "smsbulk.pl" da qısa məlumat göndərilməsini nəzərdə tutan nömrələrdə, yəni erməni operatorları arasında "ArmenTel", "K-Telecom CJSC (VivaCell)", "Orange" (Orange Armenia CJSC) operatorları ilə yanaşı, Ermənistan - “Karabakh Telecom”un da adını qeyd edir.
Nəşr qeyd edir ki, Qarabağın virtual şəkildə Ermənistanın tərkibinə daxil edilməsi, çox güman, həm Ermənistanın, həm də qondarma respublikanın beynəlxalq qovşaqlarda +374 prefiksindən istifadə etməsi ilə bağlıdır. Maraqlıdır ki, Abxaziya və Cənubi Osetiya kimi qondarma rejimlər Rusiyanın tərkibində olmasalar da, onların beynəlxalq prefiksləri Rusiyanın indeksi ilə üst-üstə düşür: +7 Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bu məsələni araşdıracaqlarını bildirib.



Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024