12px13px15px17px
Tarix:05/12/12

Gələn həftə Hindistanda telekommunikasiya üzrə beynəlxalq tədbir keçiriləcək

Telekommunikasiya texnologiyaları üzrə dünyada nüfuzlu tədbirlərdən biri olaraq tanınan "India Telecom 2012"  beynəlxalq sərgi və konfransı dekabrın 13-dən 15-dək Hindistanın Dehli şəhərində (Delhi Pragati Maidan) keçiriləcək.

"India Telecom 2012" sərgisində informatika və rabitə sahəsindəki innovasiya nailiyyətləri və qabaqcıl texnologiyalar təqdim edilir. Builki sərgidə dünyanın 37 ölkəsindən 250-dən çox eksponent iştirak edəcəyi və ziyarətçilərin sayının 20 000 nəfəri ötəcəyi proqnozlaşdırılır. Sərgi ilə paralel olaraq bir neçə texniki seminar və konfransın keçirilməsi nəzərdə tutulur.

Sözügedən tədbirlərdə qlobal və hind telekommunikasiya sektorunun problemləri, imkanları və innovasiyaları, həmçinin telekommunikasiya infrastrukturunun dəstəyi üçün maddi yardımların verilməsi imkanları müzakirə predmeti olacaq.

CAHANGİR



Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024