Tarix:06/12/12
Qeyd etmək lazımdır ki, hazırlıq prosesində dövlət strukturlarının saytlarına olan qanunvericilik tələbləri nəzərə alınıb və daha çox auditoriyanı cəlb etmək məqsədilə resurs üç dil - Azərbaycan, ingilis və rus versiyalarını təqdim edir. Saytın dizayn konsepsiyası üçün əsas kimi müasir cəmiyyətdə geniş təşəkkül tapmış mobil qurğular interfeysi götürülüb.
Bundan başqa, smartfon və planşet kompüterlərdə geniş tətbiq olunan böyük düymələr, horizontal vərəqləmə və animasiya istifadə rahatlığını artırır. Xüsusi diqqət cəmiyyətlə birbaşa əlaqəyə yönəlib, belə ki, saytın istənilən səhifəsinin ən yuxarı hissəsindən nazirliklə əlaqə yaratmaq olar.
Bundan başqa, bütün səhifələrdə RİTN-in vahid "Qaynar xətt" nömrəsi göstərilib. Sayt hər biri alt bölümə malik olan 6 əsas menyuya bölünür. Həmçinin əsas səhifədə həm ölkə, həm də ümumilikdə rayonlar üzrə sektorun maliyyə və iqtisadi göstəriciləri haqqında məlumat əldə etməyə imkan verən "İKT sektoru rəqəmlərdə" statistika bölməsi yerləşdirilib.
Bundan başqa, burada respublikanın interaktiv xəritəsi də yerləşir.
"Nazirlik" menyusunda rabitə və nazirliyin tarixi, əsasnaməsi, strukturu haqqında materiallar oxumaq, əməkdaşlar, onlarla əlaqə vasitələri, RİTN-in tabeli təşkilatları, şura və komitələri, kollegiyası, vakant vəzifələri və dövlət qulluqçularının etik davranışına aid məlumatlar əldə etmək mümkündür.
"Fəaliyyət" bölməsi adından da göründüyü kimi RİTN və tabeli qurumların işinə həsr edilib. Bölmə telekommunikasiya, İT, poçt sektoru, televiziya və radio yayımı, beynəlxalq münasibətlər, tənzimləmə, radiotezlik spektri, yeni texnologiyalar, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kimi yarımbölmələrə bölünüb. Burada həmçinin rabitə və İT sahəsindəki tariflərlə də tanış olmaq mümkündür.
"E-xidmətlər" bölməsi nazirlik və RİTN-in strukturlarının təqdim etdikləri elektron xidmətlərdən yararlanmağa imkan verir. İKT sahəsində milli və regional layihələrin həyata keçirilməsini nəzərə alaraq, saytda layihələrə həsr edilən ayrıca bölmə fəaliyyət göstərir. Buradan layihələr haqqında ümumi bilgilər, eləcə də görülən işlər, görüşlər, tədbirlər barədə məlumat əldə etmək olar.
İKT sahəsinin normativ-hüquqi sənədlər bazasını əhatə edən "Qanunvericilik" vacib bloklardan hesab edilir. Burada qüvvədə olan sənədlərlə yanaşı, normativ aktların layihələri də dərc ediləcək.
Nəhayət, sonuncu əsas menyu "Media" bölməsidir. Burada həm istifadəçilər, həm də KİV nümayəndələri nazirliyin xəbərləri, press-relizləri və elanları ilə tanış ola, rəhbərliyin müsahibələrini oxuya, foto və videomateriallara baxa, eləcə də lazımi təsvirləri (loqotip, gerb və s.) müxtəlif qrafikalı formatlarda yükləyə bilərlər. Son tendensiyaları, internet cəmiyyətinin sosial şəbəkələrə marağını nəzərə alaraq,
RİTN yeni saytın populyar sosial şəbəkələrə inteqrasiyasına çalışıb. Belə ki, bütün səhifələri "Facebook", "Twitter", "Google +" sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb, həmçinin istənilən səhifəni elektron poçta göndərmək və çap etmək mümkündür.
Saytda həmçinin materiallara abunə, RSS, faydalı keçidlər səhifəsi, sürətli keçidlər, materiallar üzrə axtarış, nazirliyin xəritədə yerləşdiyi yer və s. kimi müasir funksiyalar dəsti yer alıb.
Əminik ki, sayt öz məqsədini – ictimaiyyətin maneəsiz məlumatlandırılmasını arzu olunan səviyyədə yerinə yetirəcək. Yeni rəsmi saytın istifadəçilər tərəfindən maraqla qarşılanacağına, nazirliklə əlaqədə mühüm rol oynayacağına ümid edirik.
RİTN rəsmi saytının tam yenilənmiş versiyasını istifadəyə verib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi www.mincom.gov.az ünvanında yerləşən rəsmi internet-resursunun tam yenilənmiş versiyasını təqdim edib. Yeni saytın işə salınması 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə təsadüf edir. Saytın yenidən işlənməsində məqsəd ilk növbədə istifadə rahatlığı, naviqasiya sadəliyi, eləcə də müasir dizayn tendensiyaları, fərqli və nəzəri cəlb edəcək məhsul hazırlamaq arzusu olub.Qeyd etmək lazımdır ki, hazırlıq prosesində dövlət strukturlarının saytlarına olan qanunvericilik tələbləri nəzərə alınıb və daha çox auditoriyanı cəlb etmək məqsədilə resurs üç dil - Azərbaycan, ingilis və rus versiyalarını təqdim edir. Saytın dizayn konsepsiyası üçün əsas kimi müasir cəmiyyətdə geniş təşəkkül tapmış mobil qurğular interfeysi götürülüb.
Bundan başqa, smartfon və planşet kompüterlərdə geniş tətbiq olunan böyük düymələr, horizontal vərəqləmə və animasiya istifadə rahatlığını artırır. Xüsusi diqqət cəmiyyətlə birbaşa əlaqəyə yönəlib, belə ki, saytın istənilən səhifəsinin ən yuxarı hissəsindən nazirliklə əlaqə yaratmaq olar.
Bundan başqa, bütün səhifələrdə RİTN-in vahid "Qaynar xətt" nömrəsi göstərilib. Sayt hər biri alt bölümə malik olan 6 əsas menyuya bölünür. Həmçinin əsas səhifədə həm ölkə, həm də ümumilikdə rayonlar üzrə sektorun maliyyə və iqtisadi göstəriciləri haqqında məlumat əldə etməyə imkan verən "İKT sektoru rəqəmlərdə" statistika bölməsi yerləşdirilib.
Bundan başqa, burada respublikanın interaktiv xəritəsi də yerləşir.
"Nazirlik" menyusunda rabitə və nazirliyin tarixi, əsasnaməsi, strukturu haqqında materiallar oxumaq, əməkdaşlar, onlarla əlaqə vasitələri, RİTN-in tabeli təşkilatları, şura və komitələri, kollegiyası, vakant vəzifələri və dövlət qulluqçularının etik davranışına aid məlumatlar əldə etmək mümkündür.
"Fəaliyyət" bölməsi adından da göründüyü kimi RİTN və tabeli qurumların işinə həsr edilib. Bölmə telekommunikasiya, İT, poçt sektoru, televiziya və radio yayımı, beynəlxalq münasibətlər, tənzimləmə, radiotezlik spektri, yeni texnologiyalar, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kimi yarımbölmələrə bölünüb. Burada həmçinin rabitə və İT sahəsindəki tariflərlə də tanış olmaq mümkündür.
"E-xidmətlər" bölməsi nazirlik və RİTN-in strukturlarının təqdim etdikləri elektron xidmətlərdən yararlanmağa imkan verir. İKT sahəsində milli və regional layihələrin həyata keçirilməsini nəzərə alaraq, saytda layihələrə həsr edilən ayrıca bölmə fəaliyyət göstərir. Buradan layihələr haqqında ümumi bilgilər, eləcə də görülən işlər, görüşlər, tədbirlər barədə məlumat əldə etmək olar.
İKT sahəsinin normativ-hüquqi sənədlər bazasını əhatə edən "Qanunvericilik" vacib bloklardan hesab edilir. Burada qüvvədə olan sənədlərlə yanaşı, normativ aktların layihələri də dərc ediləcək.
Nəhayət, sonuncu əsas menyu "Media" bölməsidir. Burada həm istifadəçilər, həm də KİV nümayəndələri nazirliyin xəbərləri, press-relizləri və elanları ilə tanış ola, rəhbərliyin müsahibələrini oxuya, foto və videomateriallara baxa, eləcə də lazımi təsvirləri (loqotip, gerb və s.) müxtəlif qrafikalı formatlarda yükləyə bilərlər. Son tendensiyaları, internet cəmiyyətinin sosial şəbəkələrə marağını nəzərə alaraq,
RİTN yeni saytın populyar sosial şəbəkələrə inteqrasiyasına çalışıb. Belə ki, bütün səhifələri "Facebook", "Twitter", "Google +" sosial şəbəkələrində paylaşmaq imkanı yaradılıb, həmçinin istənilən səhifəni elektron poçta göndərmək və çap etmək mümkündür.
Saytda həmçinin materiallara abunə, RSS, faydalı keçidlər səhifəsi, sürətli keçidlər, materiallar üzrə axtarış, nazirliyin xəritədə yerləşdiyi yer və s. kimi müasir funksiyalar dəsti yer alıb.
Əminik ki, sayt öz məqsədini – ictimaiyyətin maneəsiz məlumatlandırılmasını arzu olunan səviyyədə yerinə yetirəcək. Yeni rəsmi saytın istifadəçilər tərəfindən maraqla qarşılanacağına, nazirliklə əlaqədə mühüm rol oynayacağına ümid edirik.
Baxış sayı: 1183
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı