Tarix:06/12/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, söhbət mobil texnologiya, biznes-təhlil, "bulud hesablamaları” və sosial şəbəkələrdən gedir. İT peşəkarların və biznes menecerlərin 66 faizi yuxarıda sadalananları strateji cəhətdən əhəmiyyətli hesab edir.
Hesabata əsasən, şirkətlərin 50 faizi iş prosesində biznes-təhlil və mobil texnologiyaları artıq tətbiq ediblər. Respondentlərin təxminən 70 faizi növbəti 2 il ərzində mobil texnologiyalara yatıracaqları sərmayənin həcmini artırmağı planlaşdırır, 50 faizdən çoxu isə biznes təhlilə sərf olunacaq xərcləri artıracaq.
"Bulud hesablamaları”ndan və sosial şəbəkə texnologiyalarından istifadə hələlik o qədər populyar deyil. Bununla belə, respondentlərin təxminən 66 faizi bildirib ki, onlar "bulud" həllərinə yatırdıqları sərmayənin həcmini tədricən artırırlar. Tədqiqat nəticəsinə əsasən, şirkətlərin texnoloji yenilikləri tətbiq etməsinin qarşısını alan bir sıra amillər mövcuddur. Əsas amil ixtisaslaşdırılmış kadr çatışmazlığıdır.
Sorğuda iştirak edən 10 təşkilatdan yalnız biri 4 texnologiyanın tətbiqi üçün lazımi imkanlara malikdir. Digər mühüm amillərdən biri də məlumatların təhlükəsizliyi və informasiyanın mühafizəsi ilə bağlı narahatçılıqdır. Qeyd edək ki, “IBM” korporasiyası “Tech Trends” illik hesabatını öz təşkilatlarında texnoloji həllər qəbul edən 1200-dən çox mütəxəssisin sorğu nəticəsinə əsasən tərtib edir.
EMİL
2012-ci ilin əsas İT trendləri hansılardır?
Yeni texnologiyalar müasir biznesin əsasını təşkil edir. “IBM” korporasiyası bu gün “Tech Trends 2012” illik tədqiqatının nəticələrini açıqlayıb: digərlərindən fərqləndirilmiş 4 texnologiyanın tətbiqi şirkətlərə rəqiblərini ötməkdə şans yaradacaq.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, söhbət mobil texnologiya, biznes-təhlil, "bulud hesablamaları” və sosial şəbəkələrdən gedir. İT peşəkarların və biznes menecerlərin 66 faizi yuxarıda sadalananları strateji cəhətdən əhəmiyyətli hesab edir.
Hesabata əsasən, şirkətlərin 50 faizi iş prosesində biznes-təhlil və mobil texnologiyaları artıq tətbiq ediblər. Respondentlərin təxminən 70 faizi növbəti 2 il ərzində mobil texnologiyalara yatıracaqları sərmayənin həcmini artırmağı planlaşdırır, 50 faizdən çoxu isə biznes təhlilə sərf olunacaq xərcləri artıracaq.
"Bulud hesablamaları”ndan və sosial şəbəkə texnologiyalarından istifadə hələlik o qədər populyar deyil. Bununla belə, respondentlərin təxminən 66 faizi bildirib ki, onlar "bulud" həllərinə yatırdıqları sərmayənin həcmini tədricən artırırlar. Tədqiqat nəticəsinə əsasən, şirkətlərin texnoloji yenilikləri tətbiq etməsinin qarşısını alan bir sıra amillər mövcuddur. Əsas amil ixtisaslaşdırılmış kadr çatışmazlığıdır.
Sorğuda iştirak edən 10 təşkilatdan yalnız biri 4 texnologiyanın tətbiqi üçün lazımi imkanlara malikdir. Digər mühüm amillərdən biri də məlumatların təhlükəsizliyi və informasiyanın mühafizəsi ilə bağlı narahatçılıqdır. Qeyd edək ki, “IBM” korporasiyası “Tech Trends” illik hesabatını öz təşkilatlarında texnoloji həllər qəbul edən 1200-dən çox mütəxəssisin sorğu nəticəsinə əsasən tərtib edir.
EMİL
Baxış sayı: 992
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır