12px13px15px17px
Tarix:07/12/12

Nağd pulla əməliyyatlarda avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi üzrə seminar keçirilir

Mərkəzi Bankın (MB) təşkilatçılığı ilə "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində seminar öz işinə başlayıb.

MB-nin mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, iki gün davam edəcək seminarın əsas məqsədi Regional Mərkəzi Bankçılığın inkişaf etdirilməsidir. Seminarı giriş sözü ilə açan Mərkəzi Bankın baş direktoru A.Vəliyev qeyd olunan proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər və eləcə də Regional Mərkəzi Bankçılığın inkişaf etdirilməsi siyasəti barədə məlumat verib.

Seminarda nağd pul idarəetməsinin yeni logistika modelinin yaradılması, nağd pulla əməliyyatlarda avtomatlaşdırma səviyyəsinin və effektivliyin yüksəldilməsi, risklərin minimallaşdırılması, eləcə də regionlarda real sektorun qiymətləndirilməsi, müvafiq monitorinqlərin, statistikaların aparılması, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə ərazi üzrə sorğu və müraciətlərin cavablandırılması ilə əlaqədar təqdimatlar keçirilir.

Treninqdə Mərkəzi Bankın regional mərkəzlərinin nümayəndələri iştirak edirlər.

SEYMUR



Baxış sayı: 810

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024