12px13px15px17px
Tarix:08/12/12

"Google" uşaqları da düşünür

"Google" şirkəti "Chrome" brauzerinə valideyn nəzarəti funksiyası əlavə edəcək. Valideynlər bu funksiya sayəsində öz uşaqları üçün məhdud hüquqlara malik hesablar yarada biləcəklər.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, yeni funksiya hələ ki rəsmi şəkildə elan edilməyib. Hazırda "Chrome" brauzerinin bütün istifadəçiləri bir neçə hesab yaratmaq imkanına malikdirlər. Bu, brauzerin maksimal dərəcədə fərdiləşdirilməsinə imkan yaradır. Belə ki, hər bir istifadəçi öz hesabının sazlamalarını dəyişdirə bilər.
Yeni funksiya brauzerə quraşdırıldıqdan sonra "Chrome" brauzerində məhdud hüquqlara malik hesablar yaratmaq mümkün olacaq. Belə hesaba malik istifadəçilər "qara siyahı"ya salınmış saytlara giriş imkanından məhrum olacaqlar.

EMİL



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024