12px13px15px17px
Tarix:10/12/12

Ölkədə fəaliyyətə başlayan internet saytlarının sayı durmadan artır

Azərbaycanın yuxarısəviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir. "İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 15975 domen adı qeydiyyatdan keçib.

Domenlərin böyük əksəriyyəti ".az" (14838) domeninin payına düşür. Həmçinin 662 ədəd ".com.az" domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı kimidir:

1. .pro.az 4

2. .name.az 6

3. .biz.az 14

4. .info.az 24

5. .co.az 39

6. .pp.az 42

7. .int.az 44

8. .net.az 55

9. .org.az 89

10. .edu.az 154


".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib. Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

EMİL



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024