12px13px15px17px
Tarix:10/12/12

“Apple” xəritəsi turistlər üçün təhlükə yaradır

Avstraliyanın Viktoriya ştatında yerləşən Mildura şəhərinin polisi avtomobil sürücülərinə "Apple" xəritəsindən imtina etməyi tövsiyə edib, çünki bu xəritədə çoxlu səhvlər mövcuddur.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" xəritəsinin versiyasına görə, Mildura şəhəri Mürrey-Sanset milli parkının mərkəzi hissəsində yerləşir. Əslində bu yaşayış məntəqəsi xəritədə qeyd edilmiş yerdən 70 kilometr şimal-şərqdə yerləşir.

Polislər bildiriblər ki, xəritədəki səhvlərə görə onlar daima yolu itirmiş sürücülərə kömək etməli olurlar. Polisin fikrincə, belə vəziyyət turistlərin həyatı üçün təhlükə yaradır, çünki parkda su yoxdur və havanın temperaturu 46 dərəcə selsiyə çatır. Polislər bildiriblər ki, onlar bu barədə "Apple" şirkətinə xəbərdarlıq ediblər. Biz turistlərə xəritədəki səhv aradan qaldırılana kimi israrla digər xəritələrdən istifadə etməyi tövsiyə edirik.

Məlumat üçün bildirək ki, "Apple" xəritəsi "iOS 6" əməliyyat sistemi ilə işləyən "iPhone", "iPad" və "iPod touch" qurğularında istifadə olunur.

EMİL



Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024