12px13px15px17px
Tarix:10/12/12

“SAZZ” şirkəti onlayn Şikayət Ərizəsi formasını istifadəçilərin ixtiyarına verib

"SAZZ 4G İnternet" simsiz internet operatoru "www.sazz.az" saytında 3 dildə hazırlanmış "Şikayət ərizəsi" formasını istifadəyə verib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, istifadəçilər internetlə bağlı istənilən problemi sözügedən vasitə ilə tez bir şəkildə şirkətə ünvanlaya bilərlər. Abunəçi sayta daxil olaraq "Şikayət ərizəsi" anketində ad və soyadını, loqini, internetdən istifadə etdiyi ünvanı, modemin tipini və əlaqə nömrəsini daxil etməlidir.

Bununla yanaşı, şikayətin səbəbi, daha əvvəl müraciət edilib-edilmədiyi, müraciət edildiyi təqdirdə vaxtı və nəticəsi barədə məlumatlar qeyd olunmalıdır. Xatırladaq ki, istifadəçilər həmçinin internetlə əlaqədar yaranan problemlərlə bağlı "support@sazz.az" elektron poçt ünvanına yaza və 191 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

CAHANGİR



Baxış sayı: 1860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024