Tarix:11/12/12
Təşkilatdan bildirilib ki, cari ilin noyabr ayında Brüsseldə Avropa Komissiyasının Təhsil və Mədəniyyət Komitəsi tərəfindən "eTwinning Plus" layihəsi üzrə gələcək "Tərəfdaşa Dəstək" ölkələri nümayəndələri üçün təlim keçirilib:
"Avropa Qonşuluq Siyasəti Aləti çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Tunisdən olan mütəxəssislər layihə haqqında daha ətraflı öyrənmək üçün bir araya gəliblər. Məqsəd potensial tərəfdaş olan ölkələrin nümayəndələrini lazımi qaydada məlumatlandırmaq və layihə aktivləşdirildikdə onların rolunun nədən ibarət olacağını ətraflı izah etmək idi.
Həmçinin təlim "Tərəfdaşa Dəstək" ölkələrinin qrant üçün müraciət edərkən üzərilərinə götürəcəkləri öhdəliklərin müəyyənləşdirilməsi və həmin ölkə nümayəndələrinin milli kontekstə uyğun olaraq rəy və təkliflərini səsləndirmələri üçün dəyərli imkan yaradıb". Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Ramil Süleymanov, "Mədəd Azərbaycan" təşkilatının tədqiqat və inkişaf üzrə meneceri Ülkər Babayeva, tədqiqat və inkişaf üzrə mütəxəssisi Məryəm Cabbarovadan ibarət olub.
Tədbirin əhəmiyyətini vurğulayan Ülkər Babayeva qeyd edib ki, Azərbaycanın "eTwinning" layihəsinə qoşulması ölkəmizin Avropa təhsil məkanında tanınmasına birbaşa təsir edəcək: "Bu layihə müəllim və şagirdlərimizin ölkələrarası layihələrdə iştirakı, onlarda yaradıcı yanaşmanın formalaşması, əməkdaşlıq və xarici dillərdə ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının real tətbiqi, həmçinin mədəniyyətlərarası bilik və təcrübənin bölüşməsi üçün gözəl vasitədir".
HƏQİQƏT
2013-cü ilin əvvəlində “eTwinning Plus” layihəsinə start veriləcək
2013-cü ilin əvvəlində "eTwinning Plus" layihəsinə start verilməsi planlaşdırılır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib.Təşkilatdan bildirilib ki, cari ilin noyabr ayında Brüsseldə Avropa Komissiyasının Təhsil və Mədəniyyət Komitəsi tərəfindən "eTwinning Plus" layihəsi üzrə gələcək "Tərəfdaşa Dəstək" ölkələri nümayəndələri üçün təlim keçirilib:
"Avropa Qonşuluq Siyasəti Aləti çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Tunisdən olan mütəxəssislər layihə haqqında daha ətraflı öyrənmək üçün bir araya gəliblər. Məqsəd potensial tərəfdaş olan ölkələrin nümayəndələrini lazımi qaydada məlumatlandırmaq və layihə aktivləşdirildikdə onların rolunun nədən ibarət olacağını ətraflı izah etmək idi.
Həmçinin təlim "Tərəfdaşa Dəstək" ölkələrinin qrant üçün müraciət edərkən üzərilərinə götürəcəkləri öhdəliklərin müəyyənləşdirilməsi və həmin ölkə nümayəndələrinin milli kontekstə uyğun olaraq rəy və təkliflərini səsləndirmələri üçün dəyərli imkan yaradıb". Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Ramil Süleymanov, "Mədəd Azərbaycan" təşkilatının tədqiqat və inkişaf üzrə meneceri Ülkər Babayeva, tədqiqat və inkişaf üzrə mütəxəssisi Məryəm Cabbarovadan ibarət olub.
Tədbirin əhəmiyyətini vurğulayan Ülkər Babayeva qeyd edib ki, Azərbaycanın "eTwinning" layihəsinə qoşulması ölkəmizin Avropa təhsil məkanında tanınmasına birbaşa təsir edəcək: "Bu layihə müəllim və şagirdlərimizin ölkələrarası layihələrdə iştirakı, onlarda yaradıcı yanaşmanın formalaşması, əməkdaşlıq və xarici dillərdə ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının real tətbiqi, həmçinin mədəniyyətlərarası bilik və təcrübənin bölüşməsi üçün gözəl vasitədir".
HƏQİQƏT
Baxış sayı: 1005
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır