Tarix:11/12/12
Qeyd olunub ki, yeni "Elektron təhsil" və "Elektron universitet" layihələri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçiriləcək "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi dünya standartlarına cavab verəcək modern universitet yaradılması baxımından zəruri əhəmiyyət kəsb edir.
Rektor bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Seyid Surə elektron test imtahanlarına hazırlıq, bü üsulla imtahan keçiriləcək fənlər, elektron testlərin tərtibi və toplanması, sualların rəsmi internet səhifəsində yerləşdirilməsi ilə bağlı məlumat verib.
Qeyd olunub ki, elektron test üsulunun ilk olaraq birinci kursların semestr imtahanlarında, gələcəkdə isə bütünlükdə tətbiqi nəzərdə tutulur. Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov şöbənini "Elektron təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində gördüyü işlər, müəllim və tələbələr üçün elektron imtahanlarla bağlı treninqlərin təşkili, bu imtahanların keçirilməsi üçün auditoriyaların hazırlanması, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması, proqramların yüklənməsi barədə məlumat verib.
Tədris şöbəsinin əməkdaşı Kamran Vəlizadə universitetin beynəlxalq reytinq cədvəlində iştirakını təmin etmək məqsədilə universitetin rəsmi internet səhifəsində edilən yeniliklərdən, informasiya təminatı istiqamətində görülən işlərdən danışıb. Müşavirədə elektron təhsilin tətbiqi ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
CAHANGİR
Naxçıvan Dövlət Universitetində elektron təhsillə bağlı müzakirə aparılıb
Naxçıvan Dövlət Universitetində "Elektron təhsilin icra vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib. "ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda gedən elektron cəmiyyət quruculuğu prosesindən, Naxçıvan Dövlət Universitetində elektron təhsilin reallaşdırılması istiqamətində görülən işlərdən danışıb.Qeyd olunub ki, yeni "Elektron təhsil" və "Elektron universitet" layihələri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçiriləcək "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi dünya standartlarına cavab verəcək modern universitet yaradılması baxımından zəruri əhəmiyyət kəsb edir.
Rektor bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Seyid Surə elektron test imtahanlarına hazırlıq, bü üsulla imtahan keçiriləcək fənlər, elektron testlərin tərtibi və toplanması, sualların rəsmi internet səhifəsində yerləşdirilməsi ilə bağlı məlumat verib.
Qeyd olunub ki, elektron test üsulunun ilk olaraq birinci kursların semestr imtahanlarında, gələcəkdə isə bütünlükdə tətbiqi nəzərdə tutulur. Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov şöbənini "Elektron təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində gördüyü işlər, müəllim və tələbələr üçün elektron imtahanlarla bağlı treninqlərin təşkili, bu imtahanların keçirilməsi üçün auditoriyaların hazırlanması, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması, proqramların yüklənməsi barədə məlumat verib.
Tədris şöbəsinin əməkdaşı Kamran Vəlizadə universitetin beynəlxalq reytinq cədvəlində iştirakını təmin etmək məqsədilə universitetin rəsmi internet səhifəsində edilən yeniliklərdən, informasiya təminatı istiqamətində görülən işlərdən danışıb. Müşavirədə elektron təhsilin tətbiqi ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
CAHANGİR
Baxış sayı: 2829
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır