12px13px15px17px
Tarix:12/12/12

Azərbaycan Memarlıq və İnşaat Universitetində İT üzrə seminarlara başlanılır

Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları üzrə seminarlara start verilir. "ICTnews" elektron xəbər xidmətinin AzMİU-ya istinadən verdiyi məlumata görə, "Texnologiya Azərbaycan" könüllü dəstək qrupunun Azərbaycan Memarlıq və İnşaat Universitetində İT sahəsi üzrə dekabr ayının 15-də keçirəcəyi seminarda universitet tələbələri və həmçinin digər maraqlanan şəxslər iştirak edə bilərlər.

Seminar virtuallaşdırmaya ilkin baxış, üstünlükləri və tətbiq sahələri, "VMware vSphere 5.0" mövzularını əhatə edəcək. Təşkilatçı qismində "Texnologiya Azərbaycan", Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanikləşdirmə və avtomatlaşdırma fakültəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi çıxış edir.

Seminarda iştirak etmək arzusunda olanların qeydiyyatdan keçmələri tələb olunur. Həmin şəxslər qeydiyyat üçün adını, soyadını və atasının adını yazaraq "seminar@technet.az" elektron poçt ünvanına göndərməlidirlər. Qeyd edək ki, seminar mütəxəssislər tərəfindən ödənişsiz olaraq aparılacaq.

CAHANGİR



Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024