Tarix:12/12/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, aparılan təlimlər 5 iqtisadi zonanı əhatə edib. Belə ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə Azərbaycan tarixi və informatika, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə riyaziyyat və informatika, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə Azərbaycan tarixi, riyaziyyat və informatika, Lənkəran iqtisadi rayonu üzrə informatika, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonları üzrə riyaziyyat və həyat bilgisi ilə bağlı təlimlər keçirilib:
"Təlim iştirakçıları təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnib, yeni fənn kurikulumlarının tələblərinə uyğun dərs planları hazırlayıb və müasir pedaqoji yanaşmalardan məharətlə istifadə ediblər. İştirakçılar 10 günlük təlimlər zamanı davamiyyət səviyyələri, gündəlik fəaliyyətləri və yekun imtahanın nəticələrinə əsasən 1-ci və 2-ci dərəcəli, həmçinin iştirakçı sertifikatları ilə təltif olunublar. Təlimlər zamanı dövlətin təhsil siyasətinin prioritet məsələlərindən olan müəllim hazırlığının məzmun və texniki təşkil keyfiyyəti daim diqqət mərkəzində saxlanılıb. İqtisadi rayonlar üzrə təyin olunmuş koordinatorlar təlimlər haqqında mütəmadi olaraq məlumat verib. Müdavimlər təlimlərin aktuallığı, vacibliyi və əhəmiyyətini nəzərə alaraq təlimlərə böyük həvəs və məsuliyyətlə yanaşıb, həmçinin təlimlərin yüksək səviyyədə keçirilməsini dəfələrlə vurğulayıblar".
Qeyd edək ki, təlimlər 11 noyabr, 2012-ci il tarixində yekunlaşıb.
HƏQİQƏT
İnformatika fənnini tədris edən müəllimlərə yeni kurikulum üzrə təlimlər keçilib
Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012-ci ilin iyun-noyabr ayları boyunca "Mədəd Azərbaycan" təşkilatı 2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim xidmətlərini gerçəkləşdirib. Ümumilikdə təlimlərdən 8000-dən artıq müəllim yararlanıb."ICTnews" elektron xəbər xidmətinə bu barədə "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, aparılan təlimlər 5 iqtisadi zonanı əhatə edib. Belə ki, Gəncə-Qazax iqtisadi rayonu üzrə Azərbaycan tarixi və informatika, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonları üzrə riyaziyyat və informatika, Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə Azərbaycan tarixi, riyaziyyat və informatika, Lənkəran iqtisadi rayonu üzrə informatika, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonları üzrə riyaziyyat və həyat bilgisi ilə bağlı təlimlər keçirilib:
"Təlim iştirakçıları təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnib, yeni fənn kurikulumlarının tələblərinə uyğun dərs planları hazırlayıb və müasir pedaqoji yanaşmalardan məharətlə istifadə ediblər. İştirakçılar 10 günlük təlimlər zamanı davamiyyət səviyyələri, gündəlik fəaliyyətləri və yekun imtahanın nəticələrinə əsasən 1-ci və 2-ci dərəcəli, həmçinin iştirakçı sertifikatları ilə təltif olunublar. Təlimlər zamanı dövlətin təhsil siyasətinin prioritet məsələlərindən olan müəllim hazırlığının məzmun və texniki təşkil keyfiyyəti daim diqqət mərkəzində saxlanılıb. İqtisadi rayonlar üzrə təyin olunmuş koordinatorlar təlimlər haqqında mütəmadi olaraq məlumat verib. Müdavimlər təlimlərin aktuallığı, vacibliyi və əhəmiyyətini nəzərə alaraq təlimlərə böyük həvəs və məsuliyyətlə yanaşıb, həmçinin təlimlərin yüksək səviyyədə keçirilməsini dəfələrlə vurğulayıblar".
Qeyd edək ki, təlimlər 11 noyabr, 2012-ci il tarixində yekunlaşıb.
HƏQİQƏT
Baxış sayı: 1315
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır