12px13px15px17px
Tarix:12/12/12

“Elmi İnnovasiya təminatının analitik və innovasiya fəaliyyətinin aktual problemləri” konfransı başa çatıb

Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutunun 60 illiyi münasibətilə "Elmi İnnovasiya təminatının analitik və innovasiya fəaliyyətinin aktual problemləri" mövzusunda keçirilən VIII Beynəlxalq konfrans başa çatıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə EİM-dən məlumat verilib. Mərkəzdən bildirilib ki, VIII Beynəlxalq konfrans Rusiya Elmlər Akademiyası, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi, Rusiyanın Fundamental Tədqiqatlar Fondu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutunun təşkilatçılığı və sponsorluğu ilə keçirilib.

VIII Beynəlxalq konfransda Rusiya Federasiyasının Sankt-Peterburq, Novosibirsk, Nijni Novqorod, Uxta şəhərlərindən dəvət edilmiş mütəxəssislərlə yanaşı, Azərbaycanın, Özbəkistanın, Ukraynanın, Belarusun tanınmış alimləri də iştirak edirdilər: "Ümumiyyətlə, 3 gün davam edən VIII Beynəlxalq konfransın keçirilmiş 4 iclasında 100-dən yuxarı məruzə dinlənilib.

Azərbaycanı bu beynəlxalq konfransda AMEA Elmi İnnovasiyalar Mərkəzinin baş direktorunun birinci müavini iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Arzu Hüseynova təmsil edib və "Elmi təşkilatın monitorinqi sisteminin işlədilməsi" mövzusunda məruzə edib".

HƏQİQƏT



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024