12px13px15px17px
Tarix:12/12/12

“İntel” mobil çip seqmentini də ələ keçirmək istəyir

“İntel” korporasiyası smartfon və planşetlər üçün 22 nanometr texnoloji proses üzrə hazırlanmış prosessorlar istehsal etməyə başlayacaq. Şirkət belə çiplərin kütləvi istehsalına 2013-cü ildə başlamağı planlaşdırır. “İntel” San-Fransiskoda keçirilmiş “International Electron Devices Meeting” (IEDM 2012) konfransında belə bəyanatla çıxış edib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “İntel” korporasiyası hazırda bu texnologiyanı “Atom” mobil prosessorlarının istehsalında tətbiq etmək istəyir.

“İntel”in bu baradə yanvarın 8-dən 11-dək Las-Veqasda keçiriləcək “Consumer Electronics Show 2013” (CES) məişət elektronikası sərgisində daha ətraflı məlumat verəcəyi gözlənilir. Hazırda şirkətin mobil çipləri 32 nanometr texnoloji proses üzrə hazırlanır.

Onlarla müqayisədə 22 nanometr texnoloji proses üzrə hazırlanmış çiplərin məhsuldarlığı 20-65 faiz yuxarı olacaq.

EMİL



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024