12px13px15px17px
Tarix:14/12/12

Elektron «Qonaq kitabı»

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) sərnişinlərə elektron «Qonaq kitabı»ndan yararlanmağı təklif edir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, "AZAL"-ın rəsmi internet səhifəsində (www.azal.az) «Qonaq kitabı» bölməsi yaradılıb.

"Azərbaycan Hava Yolları" QSC-nin xidmətlərindən istifadə edən sərnişinlər saytın «Qonaq kitabı» bölməsinə daxil olaraq irad və təkliflərini, eyni zamanda uçuşlardan və göstərilən xidmətdən razılıqlarını qeyd edə bilərlər.  

Sərnişinlər öz fikirlərini bildirmək üçün ilk növbədə adını, soyadını, əlaqə telefonunu, e-mail ünvanını qeyd etməli, sonra bildirmək istədiyi fikirlərini xüsusi ayrılmış bölmələrə qeyd etməli və təhlükəsizlik məsələlərinə uyğun olaraq göstərilən kodu daxil etməlidir.

Qeyd edək ki, sərnişinlərin «Qonaq kitabı»na qeyd etdiyi fikirlər şirkət tərəfindən oxunduqdan sonra "AZAL"-ın rəsmi internet səhifəsində də yerləşdirilir.

SEYMUR



Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024