12px13px15px17px
Tarix:14/12/12

Kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə artıb

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2012-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 48.2 milyard manata çatıb.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2012-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik məlumatında bildirilib. Komitə qeyd edir ki, əlavə dəyərin 1.8 faizi rabitədə istehsal olunub.

Ölkədə emal bölməsinin məhsullarından kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə artıb. Komitənin müşahidələrinə görə, respublikada iqtisadi və həm də sosial həyatda sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitə sektoru olub.

Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 16.8 faiz çox informasiya və rabitə xidməti göstəriblər. Xidmətlərin 72.1 faizi və ya 923.2 milyon manatı əhaliyə göstərilib və 20.4 faiz artıb.

SEYMUR



Baxış sayı: 1630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Yanvar 2021

25 01 2021

25/01/21
Kibertəhlükəsizlik sahəsinə investisiyalar nəzərəçarpacaq dərəcədə artmağa davam edəcək

Təhlükələrin artdığını, yeni boşluqların ortaya çıxmasını və hücumların tezliyinin azalma ehtimalının az

25/01/21
Məsafədən işləyən işçilərin emosiyasının qeydə alınması üçün qolbaq hazırlanıb

“Moodbeam” şirkəti tərəfindən təqdim edilmiş unikal elektron qolbaq müasir fitnes-trekerlərə çox oxşar ol

25/01/21
“Apple” şirkəti “iPhone SE” və “iPhone 6s” smartfonlarının dəstəyini dayandırır

Populyar “iPhone SE” modeli “iOS 15” əməliyyat sistemindən məhrum ediləcək. Bu haqda “Apple”

25/01/21
Fransada kvant kompüteri yaradılacaq

Fransa ən yeni kompüter sistemlərinin hazırlanması sahəsində dünya liderləri üçlüyünə daxil olmaq niyyəti

25/01/21
“Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonu təqdim olunub

Çinin “Huawei” şirkəti “Huawei Nova 7 SE 5G Lohas Edition” smartfonunu təqdim edim edib. Smartfonun əsas

25/01/21
Yarımkeçiricilər sahəsində xərclərə görə lider məlum olub

“IC Insights” analitik şirkətinin mütəxəssisləri yarımkeçiricilər sahəsində elmi tədqiqat və təcrübi-kons

25/01/21
“Samsung” ABŞ-da zavodun tikintisinə 10 milyard dollar ayıracaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-da məntiqi mikrosxemlərin istehsalı üzrə müasir zavodu