12px13px15px17px
Tarix:14/12/12

“Google” pornoya “yox” dedi

"Google" fotolar üzrə axtarış sistemində dəyişikliklər edib. Şirkət "Təhlükəsiz axtarış" funksiyasını mükəmməlləşdirib və pornonun ikimənalı sorğular üzrə axtarış nəticələrində əks olunmasına qadağa qoyub.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, istifadəçilərin əksəriyyəti həyata keçirilmiş dəyişikliklərdən sonra axtarış sisteminin pornoqrafik məzmunlu fotolar tapmaması ilə bağlı öz şikayətlərini bildiriblər.

"Google" ikimənalı sorğular üzrə axtarış nəticələrini kəskinləşdirib. Hazırda istifadəçilər seksual fotolar tapmaq üçün sorğularını daha da dəqiqləşdirməli olacaq. "Biz axtarış məzmununa senzura qoymamışıq və istifadəçiyə onun axtardığını göstəririk. Bizim məqsədimiz açıq-saçıq fotoları onlara təsadüfən rast gələ bilən şəxslərdən uzaq tutmaqdır.

Beləliklə, siz erotik məzmunlu fotoları tapmaq üçün axtarış sisteminə son dərəcə aydın sorğu daxil etməli olacaqsınız" – "Business Insider" nəşri "Google" bəyanatından sitat gətirib.

EMİL



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024