Tarix:15/12/12
Bu kulerlərdə əvvəlcə reaktiv mühərriklər üçün yaradılmış texnologiya tətbiq edilib. İxtira "Dual Piezoelectric Cooling Jets" (İkili pyezoelektrik soyutma forsunkaları) adlandırılıb. Yeni kulerin iş prinsipi olduqca sadədir: o, ağciyərlərimizin fəaliyyətini xatırladır. Qurğu isti havanı özünə tərəf çəkmək üçün genişlənir və sonra onu kənara xaric edir. Qurğunun maksimal qalınlığı cəmisi 4 millimetr təşkil edir.
Bunun sayəsində istehsalçılar mövcud form-faktorlara daha güclü içlik yerləşdirə və ya həddindən çox nazik qurğular yarada biləcək. "General Electric" şirkətindən verilən məlumata əsasən, yeni kuler mövcud analoqları ilə müqayisədə 2 dəfə daha az enerji sərf edir və daha az yer zəbt edir. Şirkət yaxın vaxtlarda öz həllini lisenziyalaşdırmağa hazırlaşır. Beləliklə, yaxın vaxtlarda çox nazik planşetlər də istehsal olunacaq.
EMİL
Planşetlər daha kiçik ölçülü və güclü olacaq (VİDEO)
Noutbuk və ya smartfonda ən iri hissələrdən biri kuler sayılır. O, nəinki korpusda çox yer tutur, həm də səs-küy salır və xeyli enerji sərf edir. "General Electric" şirkəti bu sahədə irəliləyiş edərək qeyd edilmiş çatışmazlıqlardan hali olan həddindən çox nazik kuler istehsal edib. Şirkətin təqdim etdiyi unikal kulerlərin ölçüsü bank kartı boydadır.Bu kulerlərdə əvvəlcə reaktiv mühərriklər üçün yaradılmış texnologiya tətbiq edilib. İxtira "Dual Piezoelectric Cooling Jets" (İkili pyezoelektrik soyutma forsunkaları) adlandırılıb. Yeni kulerin iş prinsipi olduqca sadədir: o, ağciyərlərimizin fəaliyyətini xatırladır. Qurğu isti havanı özünə tərəf çəkmək üçün genişlənir və sonra onu kənara xaric edir. Qurğunun maksimal qalınlığı cəmisi 4 millimetr təşkil edir.
Bunun sayəsində istehsalçılar mövcud form-faktorlara daha güclü içlik yerləşdirə və ya həddindən çox nazik qurğular yarada biləcək. "General Electric" şirkətindən verilən məlumata əsasən, yeni kuler mövcud analoqları ilə müqayisədə 2 dəfə daha az enerji sərf edir və daha az yer zəbt edir. Şirkət yaxın vaxtlarda öz həllini lisenziyalaşdırmağa hazırlaşır. Beləliklə, yaxın vaxtlarda çox nazik planşetlər də istehsal olunacaq.
EMİL
Baxış sayı: 894
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır