Tarix:15/12/12
Lakin reqlamentlə birlikdə "İnternetin daha aktiv inkişafı üçün təhlükəsiz mühitin təmin edilməsi" qətnaməsi qəbul edilib. Qətnamədə üzv dövlətlərə internetlə bağlı məsələlər üzrə öz mövqeyini hazırlamaq təklif edilib. Rusiya Rabitə Nazirliyindən verilən məlumata əsasən, reqlamentin yeni redaksiyası Rusiya və ABŞ, həmçinin bir sıra digər dövlətlərin və bütün regional təşkilatların nümayəndə heyətlərinin iştirakı ilə hazırlanıb. "Mashable" texnologiya bloqunda yazılmış məlumata görə, ABŞ, Kanada, Böyük Britaniya və bir neçə ölkə sənədi imzalamaqdan imtina edib.
Bu dövlətlərin nümayəndələrinin fikrincə, yeni reqlament internetdə senzuranın gücləndirilməsi üçün təhlükə yaradır. Dekabrın 3-dən 14-dək Dubayda keçirilmiş konfransda 159 ölkə iştirak edib. Həmin ölkələrdən 89-nun nümayəndəsi yeni reqlamenti imzalayıb.
EMİL
BMT internetin tənzimlənməsi məsələsində razılığa gəlib
BMT-nin tərkibinə daxil olan Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv dövlətlər dekabrın 14-də reqlamentin kompromis redaksiyasını imzalayıblar. Bu barədə Rusiyanın Rabitə Nazirliyinin saytında məlumat verilib. Sənədin mətnində şəbəkənin tənzimlənməsinə aid dəyişikliklər edilməyib.Lakin reqlamentlə birlikdə "İnternetin daha aktiv inkişafı üçün təhlükəsiz mühitin təmin edilməsi" qətnaməsi qəbul edilib. Qətnamədə üzv dövlətlərə internetlə bağlı məsələlər üzrə öz mövqeyini hazırlamaq təklif edilib. Rusiya Rabitə Nazirliyindən verilən məlumata əsasən, reqlamentin yeni redaksiyası Rusiya və ABŞ, həmçinin bir sıra digər dövlətlərin və bütün regional təşkilatların nümayəndə heyətlərinin iştirakı ilə hazırlanıb. "Mashable" texnologiya bloqunda yazılmış məlumata görə, ABŞ, Kanada, Böyük Britaniya və bir neçə ölkə sənədi imzalamaqdan imtina edib.
Bu dövlətlərin nümayəndələrinin fikrincə, yeni reqlament internetdə senzuranın gücləndirilməsi üçün təhlükə yaradır. Dekabrın 3-dən 14-dək Dubayda keçirilmiş konfransda 159 ölkə iştirak edib. Həmin ölkələrdən 89-nun nümayəndəsi yeni reqlamenti imzalayıb.
EMİL
Baxış sayı: 910
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib