12px13px15px17px
Tarix:17/12/12

“Sazz 4G İnternet”in Yeni il kampaniyası başladı

Qarşıdan gələn Yeni il münasibəti ilə dekabr ayının 15-dən etibarən "Sazz 4G İnternet" provayderi endirim kampaniyasına start verib. Bu barədə "ICTnews"-a şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, 2013-cü il yanvarın 12-dək davam edəcək kampaniya çərçivəsində mövcud müştərilərə və abunəçi olmaq istəyənlərə cəlbedici endirimlər təqdim olunacaq.

 "Sazz 4G" mətbuat xidmətinə istinadən endirimlər "Sazz" məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, ikiaylıq abunə haqqını ödəyən bütün yeni abunəçilərə USB fləş modemi hədiyyə olunacaq. Üçaylıq abunə haqqını birdəfəyə ödəyən yeni müştərilər isə USB modemini hədiyyə qazanmaqla bərabər, "MF10 Wi-Fi" ruterini cəmi 25 manata əldə edəcəklər.

Mövcud müştərilər növbəti aylıq abunə haqqını ödədikdə "MF10 Wi-Fi" ruterini 35 manata əldə edə biləcəklər. Endirim kampaniyası bu dəfə "İX350" və "İX380 WiMAX Wi-Fi" stasionar modemlərini, eləcə də "Wimaxion" simsiz portativ modemi də əhatə edir. Stasionar modemlər 2 aylıq abunə haqqını birdəfəlik ödəyənlərə 20 faiz endirimlə təqdim olunacaq. Şirkətin bu yaxınlarda satışa çıxardığı "Wimaxion" simsiz portativ modem də artıq güzəştlə satılacaq.

Bu universal modemi alanlar 1 aylıq pulsuz limitsiz internet əldə edəcəklər. Paketlər yeni, həm də mövcud müştərilər üçün nəzərdə tutulub. Yeni il endirim kampaniyası "Sazz 4G İnternet"in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün "Sazz 4G" satış nöqtələrində keçərli olacaq. "Sazz 4G" xidmətləri haqqında daha geniş məlumatları "www.sazz.az" saytından, "Sazz 4G facebok" səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar. 

Azərbaycanda "Mobile WiMAX 4G" texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan "Sazz 4G İnternet" 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. "Sazz İnternet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən "Sazz 4G İnternet" gələn ilin ilk yarısında Şəki, Quba, Lənkəran və digər şəhərlərdə fəaliyyətə başlamağı planlaşdırır.

RƏVAN



Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024