12px13px15px17px
Tarix:17/12/12

Artıq əlillər də planşet və smartfonlardan istifadə edə biləcək

Sensor ekranla təchiz edilmiş qurğular mobil və stasionar elektronikanın inkişafında yeni mərhələdir. Təəssüf ki, hər kəs onlardan istifadə edə bilmir: məsələn, əlillər və ya əlindən zədələnmiş insanlar bu imkandan məhrumdur.

Lakin alimlər bu çətin problemin öhdəsindən gəliblər: onların hazırladığı xüsusi qurğu sayəsində hər kəs sensor ekranla təchiz edilmiş qurğulardan istifadə edə biləcək. "ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, amerikalı alimlərin hazırladığı bu həll "Access4Kids" adlanır. O, ilk növbədə inkişafdan qalmış əlləri olan uşaqlar üçün nəzərdə tutulub, lakin böyüklər də ondan istifadə edə bilər. "Access4Kids" hazırlaması dirsəkdən ələ qədər taxılmış elektron qoldan ibarətdir və istifadəçinin yüngül əl hərəkətlərini izləyir.

Bu hərəkətlər xüsusi datçiklər vasitəsilə "tutulduqdan" sonra emal edilir və toplanılmış məlumat simsiz kanalla planşet və ya smartfona ötürülür. "Access4Kids" hazırlamasının sensor ekranla təchiz edilmiş qurğularla qarşılıqlı əlaqəsinin təfərrüatları haqqında məlumat verilmir.

"Access4Kids" həllinin yaradıcıları layihəni kommersiyalaşdırmaq üçün tələsmirlər, çünki hələ onun təkmilləşdirilməsinə, üzərində bir sıra sınaqlar aparılmasına, bəzi çatışmazlıqların aradan qaldırılmasına ehtiyac var.

EMİL



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024