Tarix:17/12/12
O, gənc yaşlarında elmi fantastika ilə maraqlanmış, 15 yaşında isə statistik məlumatların emalı üçün kompüter proqramı yazmışdı. 1970-ci ildə Rey Kursveyl Massaçusets Texnologiya İnstitutunda informatika və ədəbiyyat üzrə bakalavr dərəcəsi almış, bundan sonra nitqin tanınması sistemləri ilə məşğul olan şirkətini yaradıb. 1990-cı ildə cənab Kursveyl futurologiya üzrə "Düşünən maşınlar dövrü " adlı birinci kitabını dərc edib.
Onun proqnozlarına əsasən, 2020-ci ilədək fərdi kompüterlərin hesablama gücü insan ağlına yaxınlaşacaq, 10 ildən sonra bilavasitə beyinə implantasiya edilən və hüceyrələrdən siqnalların təsadüfi giriş və çıxışını həyata keçirən nanomaşınlar peyda olacaq. Bu, virtual reallığa tam yüklənmə ilə nəticələnəcək və bunun üçün əlavə avadanlığa ehtiyac olmayacaq.
Cənab Kursveyl hesab edir ki, 2040-cı ildə insanın daxili orqanları kibernetika qurğuları ilə əvəzlənəcək. Nəticədə insanlar ölməz olacaq. Cənab Kursveyl "Google" korporasiyasında mühəndis hazırlamaları üzrə direktor vəzifəsində çalışacaq.
EMİL
“Google” heyətini gücləndirir
Amerikalı məşhur ixtiraçı və futuroloq Rey Kursveyl bu həftədən etibarən "Google" korporasiyasında işə başlayacaq. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 1948-ci il fevralın 12-də doğulmuş cənab Kursveyl Nyu-Yorkun Kvins rayonunda boya-başa çatıb.O, gənc yaşlarında elmi fantastika ilə maraqlanmış, 15 yaşında isə statistik məlumatların emalı üçün kompüter proqramı yazmışdı. 1970-ci ildə Rey Kursveyl Massaçusets Texnologiya İnstitutunda informatika və ədəbiyyat üzrə bakalavr dərəcəsi almış, bundan sonra nitqin tanınması sistemləri ilə məşğul olan şirkətini yaradıb. 1990-cı ildə cənab Kursveyl futurologiya üzrə "Düşünən maşınlar dövrü " adlı birinci kitabını dərc edib.
Onun proqnozlarına əsasən, 2020-ci ilədək fərdi kompüterlərin hesablama gücü insan ağlına yaxınlaşacaq, 10 ildən sonra bilavasitə beyinə implantasiya edilən və hüceyrələrdən siqnalların təsadüfi giriş və çıxışını həyata keçirən nanomaşınlar peyda olacaq. Bu, virtual reallığa tam yüklənmə ilə nəticələnəcək və bunun üçün əlavə avadanlığa ehtiyac olmayacaq.
Cənab Kursveyl hesab edir ki, 2040-cı ildə insanın daxili orqanları kibernetika qurğuları ilə əvəzlənəcək. Nəticədə insanlar ölməz olacaq. Cənab Kursveyl "Google" korporasiyasında mühəndis hazırlamaları üzrə direktor vəzifəsində çalışacaq.
EMİL
Baxış sayı: 1000
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib