12px13px15px17px
Tarix:17/12/12

Sumqayıtda elan və alqı-satqı üçün sayt fəaliyyətə başlayıb

Sumqayıt şəhərində elan və alqı-satqı üçün ilk və yeganə ünvan olan "sumqayitbazar.com" saytı fəaliyyətə başlayıb. Sayt xidmət, avtomobil, əmlak, elektrotexnika, avadanlıq, maraq, geyim, uşaq aləmi bölmələrindən və hər bir bölməyə uyğun olaraq alt bölmələrdən ibarətdir.

Sayta daxil olan hər bir kəs ödənişsiz olaraq öz elanlarını, satmaq və almaq istədiklərini asan şəkildə "sumqayitbazar.com"-a yerləşdirə bilər. "ICTnews" elektron xəbər xidmətinə bu barədə saytın yaradıcısı, "sumqayitxeber.com" saytının təsisçisi Eyvaz Qocayev məlumat verib.

O bildirib ki, saytda qeydiyyatdan keçməklə və eləcə də qeydiyyatsız elan yerləşdirmək imkanı mövcuddur. Qeydiyyatdan keçmiş istifadəçilərin üstünlükləri ondan ibarətdir ki, yerləşdirdikləri elanlara nəzarət edə, sonradan düzəlişlər apara və özləri silə bilərlər. Onlayn elan saytı eyni zamanda şirkət və fərdi sahibkarlıqla məşğul olan şəxslər üçün də maraqlı ola bilər.

Belə ki, saytda yalnız işlənmiş məhsullar yox, həm də yeni məhsullar haqqında elanlar yerləşdirilə bilər. Onlayn bazarda qiymətlər və bölmələr üzrə də axtarış sistemi vardır ki, bu da saytdan istifadə edənlər üçün əlverişli axtarış imkanları yaradır.

HƏQİQƏT



Baxış sayı: 2338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024