12px13px15px17px
Tarix:17/12/12

Naxçıvanda “Rabitə evi” yeni binaya köçürülüb

Naxçıvan Muxtar Respublikasının kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, müasir infrastrukturun yaradılması sakinlərin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sakinlərin rahatlığı üçün yaradılan sahələrdən biri də rabitədir. Kəndlərdə istifadəyə verilən rabitə evləri kənd sakinlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üçün əlverişli şərait yaradır.

Bütün tələblərə cavab verən iş şəraiti ilə təmin edilən rabitə evlərindən biri də Kəngərli rayonunun Çalxanqala kənd "Rabitə evi"dir. Yeni istifadəyə verilən Çalxanqala kənd mərkəzində "Rabitə evi" üçün də iş otaqları ayrılıb. "Rabitə evi" mərkəzin birinci mərtəbəsindədir. Burada quraşdırılan 384 nömrəlik elektron ATS Çalxanqala kəndində 311 abonentə xidmət göstərir.

Yeni elektron ATS-in istifadəyə verilməsi kənd sakinlərinin multimedia xidmətlərindən istifadəsinə də şərait yaradacaq. "Rabitə evi"ndə poçt bölməsi üçün də nümunəvi şərait yaradılmış, internet və danışıq kartlarının, qəzetlərin satışı təmin olunub.

RƏVAN



Baxış sayı: 994

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024