12px13px15px17px
Tarix:18/12/12

İsmət Abbasov: «Braziliya ilə Azərbaycan arasında müasir suvarma texnologiyalarının tətbiqi sahəsində layihələr hazırlansın»

Braziliyanın müasir suvarma texnologiyalarının tətbiq edilməsi sahəsində geniş səriştəsi var. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri kənd təsərrüfatı naziri cənab İsmət Abbasov Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Serjio Arruda ilə görüşü zamanı söyləyib.

Nazir təklif edib ki, sözügedən səriştə nəzərə alınaraq, bu sahələrdə iki ölkə arasında birgə layihələr işlənib hazırlansın. Görüşdə nazir İsmət Abbasov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.

O bildirib ki, coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Braziliya arasında artıq dostluq və əməkdaşlıq münasibətləri təşəkkül tapıb, iki ölkə arasında bir çox sahələrdə anlaşma və səmərəli əməkdaşlıq üçün zəmin yaranıb.

Hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, qeyri-neft sektorunda da böyük ənənələrə malikdirlər. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasının sürətləndirilməsi məsələsi müzakirə olunub.

Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Serjio Arruda səmimi qəbula görə öz minnətdarlığını bildirərək, fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

SEYMUR



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024